Türkiyə sərhədlərindən qeyri-qanuni yollarla çıxmağa cəhd göstərən qaçqınlar yaxalandılar

Türkiyənin Muğla şəhərinin Yatağan qəsəbəsində 48 qaçqın yaxalandı.

499321
Türkiyə sərhədlərindən qeyri-qanuni yollarla çıxmağa cəhd göstərən qaçqınlar yaxalandılar

Aydın-Yatağan avtomobil yolunda  polis dəstələri nəzarət  ərəfəsində yol kənarında dayanmış 2 mikroavtobusdan şübhələndi və nəqliyyat vasitələrində yoxlama apardı.
 
 Sürücülərin tərk etdiyi mikroavtobuslarda qeyri-qanuni yollarla Yunanıstanın Kos adasında keçməyə çalışdıqları müəyyən edilən Əfqanıstan, Suriya, Pakistan və Myanma əsilli qaçqınlar yaxalandılar.
 
 Qaçqınlar tibbi yoxlamalardan sonra Muğla Miqrantlar Şöbəsinə təhvil verildilər.

Digər tərəfdən, Ədirnədə qeyri-qanuni yollarla Türkiyə sərhədlərindən çıxmağa çalışan 31 qaçqın yaxalandı.
 
Ədirnə Jandarm Komandanlığı dəstələri gündəlik yoxlamalar zamanı Kemalköy və Hatipköy kəndlərində Avropaya qeyri-qanuni yollarla çıxmağa çalışan Əfqanıstan, Pakistan, İran və Suriya əsilli qaçqınları yaxaladı.

 Qaçqınlar  Ədirnə Polis İdarəsi Miqrantlar Şöbəsinə göndərildilər.



Әlaqәli Xәbәrlәr