Xarici İşlər naziri Mevlüt Çavuşoğlu uniformalarında PYD-nin rəmzi olan əsgərləri tənqid edib

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Suriyada olan ABŞ əsgərlərinə PYD-dən başqa digər terror təşkilatlarının rəmzlərini daşımağı tövsiyə edib.

498865

Çavuşoğlu Rakkanın terror təşkilatı DEAŞ-dan azad edilməsi əməliyyatlarında üzərlərində PYD-nin rəmzi olan əsgərləri tənqid edib.

Antaliyada məsələ ilə bağlı açıqlama verən Çavuşoğlu "Bizim üçün bu terror təşkilatları ilə  YPG  eyni deyil" deyənlərə cavabımız “Bu ikili standartdır və iki üzlülükdir "deyə bildirib.

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama və ABŞ Dövlət Departamentinin rəhbəri Con Keri terrorla mübarizədə Türkiyənin yanında olduqlarını söylədiklərini xatırladan Xarici İşlər naziri; "Onlara tövsiyəmiz Suriyanın digər bölgələrinə getdikləri zaman “DAEŞ”ın, “Əl-Nusra”nın, “Əl-Qaidə”nin, Afrikaya getdikləri zaman isə “Boko Haram”ın nişanından istifadə etsinlər.

Mevlüt Çavuşoğlu terrorla mübarizədə iddialı olan və müttəfiq qəbul edilən ölkənin əsgərlərinin, terror təşkilatının rəmzinin istifadəsinin qəbuledilməz olduğunu bildirib.  

Әlaqәli Xәbәrlәr