PKK-ya qarşı əməliyyatlar davam edir

Təhlükəsizlik qüvvələri güclü əməliyyatları ilə PKK-ya zərbələr endirir.

498771
PKK-ya qarşı əməliyyatlar davam edir

Təhlükəsizlik qüvvələri güclü əməliyyatları ilə PKK-ya zərbələr endirir.

Mardinin Nusaybin bölgəsində həyata keçirilən əməliyyatlarda terrorçular qruplarla təslim olur.

Çərşənbə günü 6-sı qadın olmaqla 25, ötən gün isə 10-u qadın olmaqla 42 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Təslim olan son 42 təşkilat üzvündən 4-nün gənclərin təşkilatlanmasından məsul olduqları təyin olunub.  

Terror təşkilatı daxilində Kandildəki rəhbər heyyətinə güvənin azalması əsgərlərin terrorçulara qarşı əməliyatlarını surətləndirib.

Daha əvvəl təslim olan terrorçulardan Z.K; "Biz əsgəri gülləliyərdik, lakin əsgərlər bizimlə insan kimi rəftar etdi" deyə bildirmişdi.

Digər terrorçu isə "Peşmanam, bilsəydim təşkilata qoşulmazdım. Barrikada qururduq. Sonra bizə döyüşmək üçün gənclər lazımdır dedilər. Biz də girdik” ifadələrindən istifadə etmişdi.

Terrorçulardan digəri isə peşmanlığını bu sözlərlə dilə gətirib: "Həyatımda heç nədən bu qədər peşman olmadım. Çox səhv etmişəm".

Türk Silahlı Qüvvələri və təhlükəsizlik qrupları, Şırnakın Silopi və Cizre bölgələrində, Diyarbakırın Sur, Hakkarinin Yüksekova, sonda Mardinin Nusaybin qəsəbəsini terrorçulardan təmizləyib.

"Huzur" adlanan əməliyyatlar 23 iyulda başlayıb. Bu zamana qədər keçirilən əməliyyatlarda  7 min 78 terrorçu zərərsizləşdirilib.

73 gün davam edən əməliyyatlar zamanı Şırnak mərkəzinin 96%-i, Nusaybin qəsəbəsinin isə 81%-i terroristlərdən təmizlənib.  



Әlaqәli Xәbәrlәr