AP Xarici Əlaqələr Komitəsinın sədri Elmar Brokdan Türkiyəyə dəstək

Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinın sədri Elmar Brok Türkiyə üçün viza rejiminin ləğv edilməsini dəstəkləyib.

498500
AP Xarici Əlaqələr Komitəsinın sədri Elmar Brokdan Türkiyəyə dəstək

Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinın sədri Elmar Brok Türkiyə üçün viza rejiminin ləğv edilməsini dəstəkləyib.

Elmar Brok Türk vətəndaşları üçün vizanın ləğv edilməsinin müzakirə edildiyini vurğulayaraq bildirib ki, Kolumbiya ilə müqavilə bağlanıb və nəticə əldə olunub. Avropa İttifaqı, Birləşmiş Ərəb Əmirliklərinə viza tətbiq etmir və burada Türkiyədən daha çox demokratiya olduğunu düşünmür.

Brok İsveçrənin Lozanna şəhərində təşkil edilən "Türkiyə və Avropa İttifaqı" mövzusunda 14-cü Avropa Dialoqu toplantısında çıxış edib.

Avropa İttifaqı ilə Türkiyənin ortaq maraqları olduğunu və Türkiyənin Qərbin bir parçası olmasından məmnun olacağını söyləyən Brok, "Türkiyə, Avropa üçün önəmlidir” deyə bildirib.

Qlobal problemlərin xüsusilə də Suriyadakı böhranın Türkiyə olmadan həll edilə bilməyəcəyinə diqqət  çəkən sədr, Türkiyənin öz üzərinə İraq və  Livan kimi ölkələrin miqrant məsələsində Avropa İttifaqından daha çox yük götürdüyünü qeyd edib.

Komitə sədri Avropa İttifaqını isə miqrant böhranında üzərinə düşəni etməməkdə tənqid edib.

Elmar Brok Türkiyəyə veriləcək 6 milyard avronun qaçqınların təhsil və səhhəti üçün xərclənəcəyini də xatırladıb. 



Әlaqәli Xәbәrlәr