Dərnək və qeyri-hökumət təşkilatları mayın 28-dǝ Berlindǝ nümayiş keçirǝcǝk

Almaniya Federal Məclisinin (Bundestaqın) 1915 hadisələri ilə bağlı Erməni iddialarını tanımağa hazırlaşmasına ölkǝdǝ yaşayan Türklər tərəfindən etiraz ediləcək.

498031
Dərnək və qeyri-hökumət təşkilatları mayın 28-dǝ Berlindǝ nümayiş keçirǝcǝk

Almaniya Federal Məclisinin (Bundestaq) 1915-ci il hadisələri ilə bağlı Erməni iddialarını tanımağa hazırlaşmasına ölkǝdǝ yaşayan Türklər tərəfindən etiraz ediləcək.

 Türklərin tǝşkil etdiyi dərnək və qeyri-hökumət təşkilatları mayın 28-dǝ  paytaxt Berlindǝ nümayiş keçirǝcǝk.

 Almaniyadakı Türk Azərbaycan Birliyinin sədri Haqqı Kəskin keçirilǝcǝk nümayiş haqqında açıqlama verǝrǝk, ölkədə yaşayan Türklərin 1915-ci il hadisələrinin "soyqırım" kimi dǝyǝrlǝndirilmǝsini heç vaxt qəbul etməyəcəyini bildirib. O dövrdə Erməni icmasının Türklərə qarşı tǝhrik edildiyini və qırğınlar törǝtdiyini bildirǝn sǝdr bu səbəblə də haqlarında Osmanlı Dövləti tərəfindən deportasiya qərarı qəbul olunduğunu xatırladıb.

 Fərqli din və irqdən insanların Osmanlı Dövlətində yüzlərlə il birlikdə, sülh içində yaşadığına diqqǝt çǝkǝn Kəskin bu mǝsǝlǝdǝ Türkiyəyə çox böyük haqsızlıq edildiyini bildirib.

 Berlin Türk Cǝmiyyǝtinin (TGB) sədri Bekir Yılmaz da Federal Məclisin bu barədə bir qərar verməsinin düzgün addım olmadığını vurğulayıb.

 Yılmaz bildirib ki, biz Federal Məclisin alacağı mənfi qərarı tanımayacağıq. 1915-ci il hadisələri ilə bağlı qərar bir Tarix Komissiyasına tapşırılmalıdır.

Digər tərəfdən, Almaniyadakı Türk qeyri-hökumət təşkilatı tərəfindən hazırlanan və daha əvvəl Almaniya prezidenti, kansleri vǝ millət vəkillǝrinǝ göndərilən açıq məktubda da son dərəcə mübahisəli olan belə bir mövzuda qərar qǝbul edilmǝsinin siyasətçilərin vəzifə olmadığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr