Türkiyə 65-ci hökumətinin proqramı açıqlandı

Ədalət və İnkişaf Partiyasının sədri və Baş nazir Binali Yıldırım 65-ci hökumətin proqramını dünən Türkiyə Böyük Millət Məclisində oxuyub

497097
Türkiyə 65-ci hökumətinin proqramı açıqlandı

  Hökumət proqramında terrorla mübarizə və yeni Konstitusiya ön planda olub.

  Baş nazir Binalı Yıldırım yerli və paralel terror təşkilatları başda olmaqla terrorun bütün növləri ilə mübarizənin qətiyyətlə davam edəcəyini vurğulayaraq deyib: "Millətimizin birliyinə, qardaşlığına və dövlətimizin əbədiliyinə xələl gətirəcək heç bir qeyri-qanuni hərəkətə susmayacağıq. Xalqımız əmin olsun ki, bu terror bəlası Türkiyənin gündəmindən mütləq çıxarılacaq… Türkiyə Respublika quruluşunun 100-cü ilinə doğru gedir. Təhsil, ədalət sistemi və iqtisadiyyatda edilən köklü dəyişikliklər ölkəni "yüksək gəlirli qrup" səviyyəsinə çatdırmaqdadır. Hökumətimiz, indiyə qədər olduğu kimi, bundan sonra da millətimizin gələcəyini inşa etməyə qərarlı şəkildə davam edəcək. “İnsanı yaşat ki, dövlət yaşasın” şüarıyla görəcəyimiz hər işdə əvvəlcə insanımızın xoşbəxtliyini və rifahını ön planda tutacağıq. Bütün vətəndaşların inancına, dilinə, mədəniyyətinə, dəyərlərinə, həyat tərzinə və digər bütün müxtəlifliyinə hörmətlə yanaşmağa davam edəcəyik. İnsanın inkişafı fikrini əsas götürərək haqq və azadlıqlarını qorumaqdayıq… Türkiyə güclü bir hüquq dövləti olmaq istiqamətində əhəmiyyətli addımlar atır. Siyasətin sahəsi genişlənib. Yeni konstitusiya və yeni sistemlə birlikdə, Türkiyə Böyük Millət Məclisi, Siyasi Partiyalar Qanunu və Seçki Qanunu da yenilənəcək… 65-ci hökumət dövründə yeni hədəflərdən biri də seçilmə yaşının 18-ə endirilməsidir. Yeni dövrdə işsizləri işlə təmin etmək, bu yolda investisiyaları artırmaq, eyni zamanda, gənclərimizin terror təşkilatının şəbəkəsinə düşməsinə mane olmaq uğrunda əzmimizi daha da artıracağıq.”

 



Әlaqәli Xәbәrlәr