“Qlobal vicdanın olmaması yaşanan bütün faciələrə əsas səbəbdir”, R.T.Ərdoğan

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tarixdə ilk dəfə keçirilən Ümumdünya Humanitar Zirvə Toplantısının məqsədinə çata bilməsi üçün bütün dünyanın ələ-ələ verməsi lazım olduğunu söyləyib

497131
“Qlobal vicdanın olmaması yaşanan bütün faciələrə əsas səbəbdir”, R.T.Ərdoğan

   Ərdoğan İstanbula tədbirə gələn Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Munla birgə ortaq mətbuat konfransında çıxış edərək deyib:

  “Dünyanın harasında yaşasaq da, biz heç birimiz özümüzü humanitar böhranların təsirindən uzaqda hiss edə bilmərik, buna silahlı qarşıdurmalardan tutmuş terror hücumlarına, təbii fəlakətlərdən tutmuş iqlim dəyişikliyinə qədər bütün insan problemləri daxildir…

  Suriyada 12 milyon insanın yerindən-yurdundan edildiyi, bunlardan 5 milyonunun müxtəlif ölkələrə dağıldığı humanitar böhran qarşısında bir neçə qonşu ölkədən başqa heç biri imtahan verə bilmədi. Halbuki inkişaf etmiş ölkələr başda olmaqla hər kəs öz üzərinə məsuliyyət götürməlidir. Qlobal vicdanın olmaması yaşanan faciələrə laqeyd qalmağa və bugünkü problemlərə əsas səbəbdir.

  İnkişaf etmiş teleskoplarla, peyklərlə kainatın dərinliklərini, sirrlərini araşdıran insan yanındakı ağrıları, problemləri, böhranları sanki görmür. Bu əyriliyi düzəltmək üçün qlobal vicdan anlayışını həyata keçirməliyik…

  Baxın, tarixdə ilk dəfə humanitar yardım sammiti keçirildi, bütün dünya əl-ələ verməkdənsə, Almaniyadan başqa G 7 ölkələrinin tədbirə qatılmaması kədərverici hal oldu…

  Türkiyə ilə Suriyanın şimalında ortaq və etibarlı bir bölgə qurulmasını təklif etmişik. “Artıq yenidən bir şəhər inşa edək" deyirik. İnşa edəcəyimiz bu şəhərə Suriyadan köçənləri yerləşdirək. Türkiyədə düşərgələrdə yaşayanları oraya köçürək. Bir zamanlar Amerika – Meksika, Türkiyə - Kıbrıs arasında belə bir yaşıl xətt olub. Oranı uçuşa qadağan bölgə belə elan edərik. BMT burada lazımi təhlükəsizlik tədbirlərini görə, hətta NATO da dövrəyə girə bilər. Bununla əlaqədar dünyanın inkişaf etmiş ölkələrinin liderləriylə də danışmışam”.

  Bu sözləri Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Ümumdünya Humanitar Zirvə Toplantısından sonra təşkil edilən mətbuat konfransında deyib.



Әlaqәli Xәbәrlәr