"City of London": “Türkiyə bölgədə əhəmiyyətli rol oynayır”

İngiltərənin "City of London" maliyyə mərkəzi rəhbəri Lord Alderman Jeffrey Mountevans Türkiyənin bölgədə əhəmiyyətli rol oynadığını bildirib.

497585

Anadolu agentliyinə açıqlama verən Mountevans Türk iqtisadiyyatının inkişafını qiymətləndirərək, "Türkiyə sürətli inkişafı ilə bir çox fürsət əldə edir.  Bölgədə əhəmiyyətli rol oynayır, ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir” deyə bildirib.

İstanbulun regional və beynəlxalq maliyyə mərkəzinə çevrilməsi məsələsinə də toxunan Alderman Jeffrey Mountevans " Türkiyə maliyyə xidmətləri, inkişaf edən və inkişaf etmiş iqtisadiyyatı ilə əhəmiyyətli rol oynayır. Dünyanın qabaqcıl maliyyə mərkəzlərindən biri olaraq, əməkdaşlıq məsələsində də irəlidədir" deyə qeyd edib. 

Әlaqәli Xәbәrlәr