Dünya Humanitar Sammiti İstanbulda keçirilir

Dövlət başçısı Rəcəb Tayyib Әrdoğan qǝtiyyǝtli, sürətli, şəffaf və besab verilǝ bilǝcǝk prinsipi əsasında işləyən bir Təhlükəsizlik Şurasına ehtiyac olduğunu bildirib.

496148
Dünya Humanitar Sammiti İstanbulda keçirilir

Dövlət başçısı Rəcəb Tayyib Әrdoğan qǝtiyyǝtli, sürətli, şəffaf və besab verilǝ bilǝcǝk prinsipi əsasında işləyən bir Təhlükəsizlik Şurasına ehtiyac olduğunu bildirib.

 Ərdoğan hər fürsətdə bu məsələyə toxunduqlarını və dünyanın 5-dǝn böyük olduğunu söylǝdiklǝrini dilǝ gǝtirǝrǝrǝk, bǝşəriyyətin taleyini 5 ölkənin siyasi maraqlarına məhkum etmək, nə ağla, nə vicdana, nə də haqqa sığdığını vurğulayıb.

 Әrdoğan  İstanbulda keçirilən BMT Dünya Humanitar Sammitinin "Münaqişələrin qarşısını almaq və bitirmək üçün siyasi liderlik" mövzulu “Birinci yüksək səviyyəli dəyirmi masa”da çıxış edib.

BMT-nin bundan 70 il əvvəl yaradılmasında əsas məqsədin bəşəriyyəti ölümə, məhvə və az inkişafa məhkum edən münaqişələrin qarşısının alınması olduğunu ifadə edən Ərdoğan deyib ki, ancaq 70 illik tarixinə baxdıqda BMT-nin ən böyük uğursuzluğunu da bu məsələdə yaşadığını görürük. Bunda hamımızın ən çox da BMT Təhlükəsizlik Şurasının məsuliyyəti var. 6 ildir davam edən Suriya böhranında bunu çox aydın şəkildə gördük, yaşadıq. Veto hüququndan bəzən məsuliyyətsizcəsinə istifadə edərək, təəssüf ki, böhranlara və münaqişələrə fəal şəkildə müdaxilə edilməsinə mane olur. Bunun nǝticǝsindǝ isə uşaqlara, qadınlara, vətəndaşlar başda olmaqla bütün dünyaya ziyan dǝyir. Bu məsələdə hər kəsin əlini vicdanına qoyub düşünməsi və lazımi addımları atması şərtdir.

Әrdoğan İstanbulda tǝşkil edilǝn BMT Dünya Humanitar Sammitinin açılış mǝrasimindǝ dǝ çıxış edib.

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Türkiyǝnin hal-hazırda 140 ölkǝdǝn artıq ölkǝdǝ humanitar vǝ inkişaf prosesinǝ yardım fǝaliyyǝtlǝri apararaq minlǝrlǝ layihǝni hǝyata keçirdiyini söylǝyib.

Әrdoğan bildirib ki, Türkiyə 3 milyondan çox suriyalı və iraqlı mühaciri ölkədə qonaq edir: “Bu sığınma  prosesi davam etsə də, təhdidlə qarşı-qarşıya qalan kim olursa olsun, qapımızı  insanlara, insanlığa bağlamayacağıq. Hazırki beynəlxalq sistem insanlığın təcili problemləri qarşısında təəssüf ki, zəif qalıb. Bəzi ölkələr bu məsuliyyəti təkbaşına üzərinə götürüb. Artıq hər kəs çiynini bu yükün altına verməlidir. Mövcud münaqişələrin sona çatmasına təkan verməli və yenilərinin başlamasının qarşısını almalıyıq. Beynəlxalq hüququn pozulmasının qarşısını almaq üçün daha çox səy göstərməliyik. İnsanlığa qarşı işlənən cinayətlərin qarşısının alınması üçün əlimizdən gələni edəcəyik. Yerlərindən məhrum olan qadın, uşaq, fiziki məhdudiyyətli insanlara daha çox yardım edəcəyik. Yardımlardan asılılığı azaltmaq və hər millətin öz ayaqları üzərində dura bilməsi üçün daha çox səylərə ehtiyac var”.

Dünya Humanitar Sammitinin açılış mǝrasimindǝ çıxış edǝn BMT-nin Baş katibi Pan Gi Mun da ondan ǝvvǝl çıxış edǝn Uqanda vǝ suriyalı qaçqınların çǝtin şǝrtlǝr altındakı uğurlu hekayǝlǝrindǝn çox tǝsirlǝndiyini bildirib.

Bu insanların göstǝrdiyi fǝaliyyǝtlǝr vǝ qǝtiyyǝtli mövqelǝrindǝn dǝrin tǝsirlǝndiyini bildirǝn Baş katib bu çǝrçivǝdǝ ilk dǝfǝ tǝşkil edilǝn sammitǝ başda Türkiyǝ olmaqla verilǝn dǝstǝk üçün tǝşǝkkür edib.  

Baş katib bǝzi insanlar üçün pul, şöhrǝt, nüfuzun çox ǝhǝmiyyǝtli ola bilǝcǝyini amma sammitdǝ ǝdalǝti, ümidi vǝ ortaq bir gǝlǝcǝyin memarlığını tǝmsil etdiklǝrini bildirǝrǝk, dünyanın tǝk bir insanlıq olduğunu vǝ ortaq mǝsuliyyǝti bölüşdüyünü vurğulayıb.

Dövlǝt başçısı Әrdoğan daha sonra  dǝyirmi masada çıxış edǝrǝk bildirib ki, mǝdǝniyyǝtlǝr İttifaqı vǝ sülh üçün vasitǝçilik tǝşǝbbüslǝri çox qiymǝtli platformalardır. Bütün tǝrǝfdaşları bu tǝşǝbbüslǝrǝ güclü dǝstǝk vermǝyǝ dǝvǝt edirǝm. BMT-nin mǝlumatına ǝsasǝn dünyada ǝn çox qaçqına ev sahibliyi edǝn ölkǝyik. Bunun maddi, mǝnǝvi, tǝhlükǝsizlik vǝ sosial cǝhǝtlǝrinǝ görǝ gǝtirdiyi mǝsuliyyǝtlǝri ǝminǝm ki, hǝr kǝs yaxşı bilir.  Buna baxmayaraq ölkǝmiz beynǝlxalq ictimaiyyǝt adına öhdǝsinǝ götürdüyü bu ağır mǝsuliyyǝtdǝ lazım gǝlǝn dǝstǝyi vǝ dayağı görmǝmişdir. Biz artıq daha ǝdalǝtli mǝsuliyyǝtin bölüşülmǝsini gözlǝyirik.



Әlaqәli Xәbәrlәr