Ədalət və İnkişaf Partiyasının yeni sədri seçilib
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının yeni sədri seçilib.
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının yeni sədri seçilib.
Bu gün AK Partiyanın Ankara Arena İdman Salonunda keçirilən 2-ci fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib.
Bu arada Türkiyǝnin dövlǝt başçısı Rǝcǝb Tayyib Ərdoğan qurultaya bir mesaj göndǝrib. R.T.Ərdoğan mesajında qurduğu partiyadan gözlǝntilǝrini bildirib.
Binali Yıldırım AK Partiyanın 2-ci fövqəladə qurultayındakı çıxışı zamanı terrorla mübarizǝnin qǝtiyyǝtlǝ davam edǝcǝyini vurğulayıb.
B. Yıldırım çıxışında yeni konstitusiya ilə prezident üsul idarəsinin vacibliyindən də danışıb.
Qurultayda çıxış edǝn Əhmǝd Davudoğlu da qurultayın vida yox, vəfa qurultayı olduğunu deyib.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq