Türk Silahlı Qüvvələri terror təşkilatı PKK-ya ağır zərbə vurmaqda davam edir

Türk Silahlı Qüvvələri terror təşkilatı PKK-nın Kandil dağlarındakı mövqelərinə hava əməliyyatı təşkil edib.

494100
Türk Silahlı Qüvvələri terror təşkilatı PKK-ya ağır zərbə vurmaqda davam edir

Baş Qərargah Rəisliyi tərəfindən verilən açıqlamada terrora qarşı əməliyyatlarda Mardin vilayətinin Nusaybin qəsəbəsində 6, Şırnakda 2 olmaqla cəmi 8 terrorçunun zərərsizləşdirildiyi bildirilib. 

Əməliyyatlar zamanı indiyədək Nusaybində 394, Şırnakda isə 404 olmaqla cəmi 798 terrorçu məhv edilib. 

Bu arada Türk Silahlı Qüvvələri terror təşkilatı PKK-nın İraqın şimalındakı Zap, Avaşin, Basyan və Qara bölgələrindəki mövqelərinə hava əməliyyatı təşkil edib.

Terrorçulara məxsus olduğu müəyyənləşdirilən yaşayış yerləri, silah-sursat anbarları, sığıncaq yerlərinə atəş edilərək məhv edilib.

Baş Qərargahdan verilən açıqlamaya görə  mayın 19-u kəşfiyyat nəticələri dəyərləndirilərək Kandil bölgəsində F-16 və F-4 döyüş təyyarələri ilə əməliyyat keçirilib.

Təxminən 45 dəqiqə davam edən əməliyyat nəticəsində bölgədə təsbit edilən terrorçu mövqeləri və istirahət sahələri məhv edilib.

Əməliyyat keçirən təyyarələr heç bir hücuma məruz qalmadan bazaya dönüb. 



Әlaqәli Xәbәrlәr