Çinin döyüş təyyarələri ABŞ-ın kəşfiyyat təyyarəsinə yaxınlaşıb

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi Cənubi Çin dənizində Çinə aid iki döyüş təyyarəsinin ABŞ-a aid bir kəşfiyyat təyyarəsinə doğru yaxınlaşdığını bildirib

493823
Çinin döyüş təyyarələri ABŞ-ın kəşfiyyat təyyarəsinə yaxınlaşıb

  Pentaqon tərəfindən "etibarsız" olaraq təyin edilən "yaxınlaşma”da iki J-11 tipli Çin döyüş təyyarəsi EP-3E tipi Amerika kəşf təyyarəsinə 15 metrə qədər yaxınlaşdığı qeyd edilib.

  Amerika mediası Amerika kəşfiyyat təyyarəsinin döyüş ehtimalından qaçmaq üçün sürətlə aşağı enib.

  Qeyd edək ki, may ayının əvvəlində Cənubi Çin dənizindəki mübahisəli adaya 12 mildən çox yaxınlaşan bir Amerika döyüş gəmisinin qarşısı Çinə aid döyüş təyyarələri və gəmiləri tərəfindən kəsilməyə çalışılmışdı.

  Bundan əvvəlki şərhlərində ABŞ Müdafiə naziri Aş Karter Sakit dəniz ölkələrinə “dənizləri dolduraraq torpaq sahibi olma layihələri”nə son verməyə çağırmış, ABŞ kəşfiyyat təyyarələrinin beynəlxalq hüququn icazə verdiyi hər yerdə uçuşa davam edəcəyini söyləmişdi.



Әlaqәli Xәbәrlәr