Çavuşoğlu və Lavrov arasında maraqlı dialoq

Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova: "Türkiyənin DAEŞ-ə kömək etdiyinə dair tək bir dəliliniz varsa, mən istefa etməyə hazıram", - deyib

492886
Çavuşoğlu və Lavrov arasında maraqlı dialoq

  Avstriyanın paytaxtı Vyanada Amerika Birləşmiş Ştatları və Rusiyanın başçılığı ilə təşkil edilən Beynəlxalq Suriya Dəstək Qrupu toplantısı salonunda Çavuşoğlu ilə Lavrov arasında maraqlı bir dialoq olub.

  Çavuşoğlu Rusiyanın Türkiyənin terror təşkilatı DAEŞ-ə göz yumması iddialarına qarşı Lavrova bu sözləri deyib: "Siz ciddi bir diplomat kimi aramızda ən təcrübəli adlardan birisiniz. Belə əsassız iddialara etimad etməməyiniz lazımdır. Hörmətli dövlət başçımız Ərdoğan çox dəqiqliklə ifadə edib, mən də təkrar edirəm: “Türkiyənin DAEŞ-ə kömək etdiyinə dair tək bir dəliliniz varsa, istefa etməyə hazıram. Əgər iddialarınızı isbat edə bilməsəniz, həyatınızın qalan hissəsi üçün sizi Antalyada qonaq dəvət edirəm".

  Lavrov başını yelləyərək deyilənlərə təsdiqlə baxıb.



Әlaqәli Xәbәrlәr