Türkiyə Krım Tatarlarının yanında olacaq

Türkiyə demokratik sülh və haqlı mübarizələrində Krım Tatarlarının yanında olacağını bildirib.

492570
Türkiyə Krım Tatarlarının yanında olacaq

Türkiyə demokratik sülh və haqlı mübarizələrində Krım Tatarlarının yanında olacağını bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Krım sürgününün 72-ci ildönümü səbəbiylə yazılı açıqlama verib.

Bilgiç Sovet rəhbərliyinin Krım tatarlarını 1944-cü ildə, vətənlərindən sürgün edilməsini “tarixdəki qara ləkə” adlandıraraq, “Türkiyə olaraq bu etnik təmizləməni qınayırıq '' deyə bildirib.

Rusiyanın 2014-ci ildə Krımın işğalını xatırladan Bilgiç, ''Demokratik, sülh və haqlı mübarizələrində Krım tatarlarının yanında olmağa davam edəcəyik'' deyə qeyd edib.

Qeyd edək ki, Krım tatarları Sovet İttifaqı lideri İosif Stalinin əmri ilə 1944-cü ildə mayın 17-dən 18-nə keçən gecə qadın, uşaq, yaşlı və xəstələr öz yurdlarından Orta Asiya, Ural və Sibirə sürgün ediliblər.

O zaman on minlərlə Krım tatarı  aclıq, susuzluq, xəstəlik və havasızlıqdan, bir çoxu da sürgün illərində qarşı-qarşıya qaldıqları səfalət, təzyiq və ağır iş şərtlərində həyatını itirib. Yüz mindən çox Krım tatarı bu gün hələ də sürgündə yaşayır.



Әlaqәli Xәbәrlәr