R.T.Әrdoğan:‘‘Türkiyə bütün qanlı təşkilatlardan və çirkli ittifaqlardan bir bir xilas olacaq’’

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Türkiyənin bütün qanlı təşkilatlardan və çirkli ittifaqlardan bir bir xilas olacağını söyləyib.

490152
R.T.Әrdoğan:‘‘Türkiyə  bütün qanlı təşkilatlardan və çirkli ittifaqlardan bir bir xilas olacaq’’

Prezident Administrasiyasından verilәn yazılı açıqlamada, R.T.Әrdoğanın  Hakkarinin Çukurca  qәsәbәsindәki Çığlı bazasında separatçı terror tәşkilatı üzvlәri  ilә baş verәn qarşıdurma nәticәsindә şәhid olan  әsgәrlәrә rәhmәt, ailә vә  yaxınlarına başsağlığı, yaralananlara da tәcili şәfa  dilәdiyi  bildirilib.

Açıqlamaya әsasәn R.T.Әrdoğan: ‘‘Heçbir qarşıdurma vә pusqu Türkiyәnin birliyini, bәrabәrliyini,әrazi bütövlüyünü qorumaqdan  bizi çәkindirmәyәcәk. Cәsur vә fәdakar  tәhlükәsizlik qüvvәlәrimizin  arxasında bu millәt  durduqca  Türkiyә bütün qanlı  tәşkilatlardan, çirkli ittifaqlardan bir bir xilas olacaq’’ deyib.

Qeyd edәk ki, Türkiyәnin  Hakkari  şәhәrinin Çukurca qәsәbәsindә bu gün səhər  separatçı terror  təşkilatı PKK  ilә tәhlukәsizlik qüvvәlәri arasında qarşıdurma baş verib. Hadisә nәticәsindә  8 əsgər şəhid olub.

Әsgәrlәrin 6-sı  terrorçuların Çukurca-Çığlıda yerlәşәn  bazaya tәşkil etdiklәri hücum nәticәsindә şәhid olub.

Qarşıdurmalardan sonra  bölgәyә  cәlb edilәn Kobra tipli  helikopterin  qәzaya uğraması  nәticәsindә isә iki әsgәr şәhid olub, 8- i isә yaralanıb.

Qeyd edәk ki, qarşıdurmalarda  6 terrorçunun da zәrәrsizlәşdirildiyi dә qeyd olunub.

Digər tәrәfdәn Kırklarelinin Pınarhisar qәsәbәsindә  zirehli maşının açması  nəticəsində 1  gizir şəhid oldu.

Kırklareli Dövlət Xəstəxanasına aparılan gizir bütün tibbi müdaxilәlәrә baxmayaraq şәhid olub.

Bu arada  Şırnakda terror tәşkilatına qarşı  davam edәn әmәliyyatlar  çәrçivәsindә isә  15 terrorçu zәrәrsizlәşdirilib.

Siirtin  Baykan qәsәbәsindә  isә  iki avtomobil  tәhlükәsizlik qüvvәlәrinin ‘‘dayan ’’ xәbәrdarlığına  әmәl etmәyәrәk atәş açıb.  Hadisә nәticәsindә 2 terrorçu zәrәrsizlәşdirilib, bir әsgәr dә yaralanıb.

Mardinin  Valiliyi dә  Nusaybindә terror tәşkilatı PKK-ya qarşı hәyata keçirilәn әmәliyyatlarda 367 terrorçunun zәrәrsizlәşdirildiyini,  352 barikadanın  götürüldüyünü, 867 partlayıcının mәhv edildiyini bildirib.

Türk Silahlı Qüvvәlәrindәn verilәn açıqlamada aprelin 29-u ilә  mayın 10 arasında hәyata keçirilәn hava hәrәkatları  nәticәsindә 140 terrorçunun zәrәrsizlәşdirildiyi, 73-nün  dә yaralandığı  bildirilib.



Әlaqәli Xәbәrlәr