Muğlada "Dünya musiqiləri şənliyi"nin açılış konserti oldu

Türkiyənin Muğla turizm mərkəzi Fethiyedə keçirilən "IX Beynəlxalq Fethiye Festivalı"çərçivəsində "Dünya musiqiləri şənliyi"nin açılış konserti oldu.

490147
Muğlada "Dünya musiqiləri şənliyi"nin açılış konserti oldu

 Beşkaza Meydanında keçirilən "IX Beynəlxalq Fethiye Festivalı"nda ABŞ, İran və Şotlandiyadan gələn sənətkarlar müxtəlif musiqi alətlərində çaldılar və dünya musiqilərindən seçdikləri mahnıları səsləndirdilər.
 
 Tamaşaçılar konserti  maraqla izlədilər.
 
 Tədbirin təşkilatçısı Mine Sarmış Çaylak festival çərçivəsində İran, Şotlandiya, ABŞ, Ukrayna, Rusiya və Yunanıstandan sənətkarları təqdim etdi.
 
 Konsertlərin mayın 15-dək  davam edəcəyini bildirən Çaylak:" Sənətçilər milli musiqi alətlərində çalır, orijinal mahnılar səsləndirirlər. Müxtəlif ölkələrin mədəniyyətlərini musiqi vasitəsilə də tanımış oluruq. Bu da mədəniyyətlərarası əlaqələri inkişaf etdirir" dedi.



Әlaqәli Xәbәrlәr