Türkiyənin Dəkkədəki səfiri Devrim Öztürk Ankaraya çağırıldı

Türkiyə Motiur Rəhman Nizaminin edam edilməsi ilə bağlı Dəkkədəki səfirini məsləhətləşmək üçün Ankaraya çağırıb.

489336
Türkiyənin Dəkkədəki səfiri Devrim Öztürk Ankaraya çağırıldı

Xarici İşlər Nazirliyi Banqladeş Camaati İslami partiyasının lideri Motiur Rəhman Nizaminin edam edilməsi ilə bağlı Türkiyənin Dəkkədəki səfiri Devrim Öztürkü məsləhətləşmək üçün Ankaraya çağırıb.

  Səfir Öztürkün bu gün Türkiyədə olması gözlənilir.

 Xarici İşlər Nazirliyi dünən verdiyi yazılı açıqlamada Nizaminin Banqladeşdə hökumət tərəfindən yaradılan müharibə cinayətləri məhkəməsində edama məhkum ediməsini şiddətlə qınadığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr