Terror tәşkilatı PKK-ya son 10 ayda böyük zәrbәlәr endirilib

Türk Silahlı Qüvvәlәrinin terrorla mübarizә çәrçivәsindә әmәliyyatları davam edir.

489048
Terror tәşkilatı PKK-ya  son 10 ayda böyük zәrbәlәr endirilib

Türk Silahlı Qüvvәlәrinin terrorla mübarizә çәrçivәsindә әmәliyyatları davam edir.

Baş Qәrargah rәisliyinin mәlumatına görә, iyulun 22-dәn etibarәn  terror tәşkilatı PKK-ya qarşı hәyata keçirilәn әmәliyyatlar  nәticәsindә  6 min 623 terrorçu zәrәrsizlәşdirilib.

Baş Qәrarqah Rәisliyi  bu rәqәmin İraqın şimalında hәyata keçirilәn hava hәrәkatlarını  da әhatә etdiyini  qeyd edib.

Açıqlamada  hәmçinin  10 ayda 4 min 571  terrorçunun  ölü olaraq әlә keçirildiyi  bildirilib.

Bu çәrçivәdә 641 terrorçu tәslim olarkәn, 716-ı da tәhlükәsizlik qüvvәlәri tәrәfindәn saxlanılıb.

695 terrorçunun isә yaralı olaraq әlә keçirildiyi qeyd olunub.



Әlaqәli Xәbәrlәr