Prezident Ərdoğandan Aİ-na sǝrt reaksiya

Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqının terror təşkilatı PKK-ya istiqamətli rǝftarına sǝrt reaksiya verib.

489566
Prezident Ərdoğandan Aİ-na sǝrt reaksiya

“Aİ, Türkiyə Respublikası Dövləti yerinǝ terror təşkilatı PKK ilǝ hǝmsöhbǝt olacaq qǝdǝr etibarsız  mövqeyǝ düşmǝyǝ razıdırsa  bizim  üçün   problem  yoxdur. Çünkü  Türkiyǝ dǝ bu   tezisləri müdafiə edənlərə eyni gözlə baxacaq”.

Prezident Ərdoğan, Ankara Ticarət Palatası Congresiumda təşkil edilən ‘Türk siyasi tarixində Yerli və Milli İradə’ mövzulu tǝdbirdǝ etdiyi çıxışında Aİ-nin terrora qarşı mübarizə mövzusundakı rəftarını tənqid edərək: “Kilisdǝ, Hǝlǝbdǝ cǝrǝyan edǝn hadisǝlǝrǝ biganǝ qalanlara dǝyǝr vermǝmǝk haqqına sahibik. Xüsusilə Avropa İttifaqı orqanlarının və bǝzi ölkələrin Türkiyənin terrora qarşı mübarizəsinǝ lageyd yanaşmaları qarşısında müttəfiqlərlə vǝ əxlaqa zidd quruluşuyla razılaşmamız geyri mümkündür. Özü üçün haqq gördüyünü, bizim üçün lüks görən, qəbul edilmǝsinin mümkün olmadığını irǝli sürǝnlǝrin bu rǝftarı riyakarlıqdır” deyǝ vurğulayıb.

Bangladeşdə Camaat-i İslami lideri Motiur Rəhman Nizaminin edam edilməsinǝ dǝ toxunan Ərdoğan, cǝzanın ǝdalǝtli olduğuna inanmadığını bildirib vǝ edam cǝzasına biganǝ qaldığı üçün Avropa İttifaqını tǝnqid edib.

Türkiyənin, DAEŞ-a qarşı mübarizəsinin davam etdiyini xatırladan prezident, sərhədin digər tərəfində, yǝni Suriyada terrorçuların olduqları bölgəni təmizləmək üçün tǝdbirlǝrin görüldüyünü, lakin müttəfiqlərin vǝ xüsusilə də bölgədə silah gücǝ sahib ölkələrin  lazımlı dəstəyi verilmǝdiyini qeyd edib.

Yeni konstitusiya işləri və prezident sistemi mövzusuna da toxunan prezidenti; tez-gec yeni konstitusiyanın qǝbul edilǝcǝyini vǝ prezident sistemin mǝnimsǝnǝcǝyini sözlǝrinǝ ǝlavǝ edib.



Әlaqәli Xәbәrlәr