Toxunulmazlıqla bağlı qovluqlar TBMM-ə təqdim olundu

Bunların 384-ü HDP, 191-i CHP, 46-sı AK Partiya, 18-i isə MHP millət vəkillərinə aiddir

488289
Toxunulmazlıqla bağlı qovluqlar TBMM-ə təqdim olundu

Xalqların Demokratik Partiyası - HDP-nin həmsədrləri Selahattin Demirtaş və Figen Yüksekdağın da aralarında olduğu bəzi millət vəkillərinə aid 19 yeni toxunulmazlıq qovluğu Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

  Siyahıda HDP-lilərlə yanaşı Cümhuriyyət Xalq Partiyası - CHP-nin də millət vəkillərinin adları var.

  Bəzi millət vəkillərinin qanunvericilik toxunulmazlığının qaldırılması üçün konstitusiyaya dəyişikliklər edilməsi təklifiylə bağlı Türkiyə Böyük Millət Məclisinə bu günə qədər 643 qovluq təqdim olunub. Bunların 384-ü HDP (Xalqların Demokratik Partiyası), 191-i CHP (Cümhuriyyət Xalq Partiyası), 46-sı AK Partiya (Ədalət və İnkişaf Partiyası), 18-i isə MHP (Milliyyətçi Hərəkət Partiyası) millət vəkillərinə aiddir.

  Haqqında toxunulmazlığın qaldırılmasıyla bağlı qovluqlar tərtib edilən millət vəkillərinin sayı 136-dır.



Әlaqәli Xәbәrlәr