Fehriye Erdalın Belçikada mühakimə olunub olunmayacağı ilə bağlı qərar təxirə salınıb

Erdalın Belçikada mühakimə olunub olunmayacağı ilə bağlı qərarın açıqlanması mayın 25-ə qədər təxirə salınıb.

488704
Fehriye Erdalın Belçikada mühakimə olunub olunmayacağı ilə bağlı qərar təxirə salınıb

İş adamı Özdemir Sabancının 1996-cı ildə uğradığı sui-qəsdi törədən DHKP-C terror təşkilatı üzvü Fehriye Erdalın Belçikada mühakimə olunub olunmayacağı ilə bağlı qərarın açıqlanması mayın 25-ə qədər təxirə salınıb.  

2006-ci ildə paytaxt Brüsseldən qaçan Erdalın Türkiyədə işlədiyi cinayətlərə görə Belçikada mühakimə olunub olunmayacağı ilə bağlı məhkəmədə prokuror müsbət rəy bildirmişdi.

Mayın 25-i keçiriləcək məhkəmədə da müsbət qərar çıxarsa Fehriye Erdal barəsində "terror məqsədli cinayət" ittihamı ilə Belçikada ilk dəfə araşdırma başlayacaq.

Bununla da terrorçu harada olmasından asılı olmayaraq həbs ediləcək.

Bu arada Sabancı ailəsinin vəkili Fernand Schmitz məhkəmənin yenidən təxirə salınma ehtimalı olduğunu bildirib. 



Әlaqәli Xәbәrlәr