Balkan Ölkələri Baş qərargah rǝislǝri yığıncağı keçirilir

Heç bir ölkǝ, Türkiyǝ qǝdǝr, terror təşkilatı DAEŞ-a qarşı güçlü mübarizǝ etmir. Türkiyənin, Suriya vǝ İraqda başlatdığı ǝmǝliyyatlarda mǝhv edilǝn DEAŞ mǝnsubu 3 minə çatıb. Bunu prezident Rǝcǝb Tǝyyib Ərdoğan deyib.

488736
Balkan Ölkələri Baş qərargah rǝislǝri yığıncağı keçirilir

İstanbulda təşkil edilən növbǝti Balkan Ölkələri Baş qərargah rǝislǝri sammitindǝ çıxış edǝn Ərdoğan, Suriyada cǝrǝyan edǝn hadisǝlǝrin tǝsirinin qlobal ölçüdə olduğunu qeyd edib.

Qarşıdurmalardan və zülmǝ mǝruz qaldıqları üçün ev-eşiyini  tǝrk edǝn 3 milyon Suriyalı və İraqlı immiqranta Türkiyənin quçaq açtığını, başqa bir ölkǝnin eyni rǝftarı sǝrgilǝmǝdiyini ifadə edən Ərdoğan, Türkiyənin, sığınmacılar üçün təxminən 20 milyard dollar xǝrclǝdiyi vǝ bu hümanitar addımı atarkǝn Avropanın, dünyanın, BMT Qaçqınlar Şurasının bu prosesdǝ bizǝ yardım edib etmiyǝcǝyini düşünmǝdiyini bildirib.

Terror təşkilatı DAEŞ-a qarşı mübarizədə qaynaq ölkələrin heç bir addım atmadığına, kǝşfiyyat ötürmǝdiklǝrini, lazımlı bütün addımların Türkiyǝ tǝrǝfindǝn atılmasını gözlǝdiklǝrini deyib.

Terror təşkilatının istifadǝ etdiyi silahlara da toxunan Ərdoğan; “DAEŞ-in əlindəki silahların hansı ölkələrǝ mǝxsus olduğunu bilirik. Hətta bir çox dostlarımıza, sǝhv addımlar atırsınız, bu təyyarələri buralara endirməyin deyǝndǝ, puç iddialarla buna mǝcbur olduqlarını irǝli sürdülǝr. təəssüf ki, göndərdikləri yardımın yarısı DAEŞ-in, yarısı terror təşkilatı PYD-nin ǝlinǝ keçmişdir” deyǝ vurğulayıb.



Әlaqәli Xәbәrlәr