Türkiyə terror təşkilatı PYD-nin Almaniyada nümayəndəlik açmasına kǝskin reaksiya verib

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç, mövzuyla əlaqədar təşkil etdiyi mətbuat konfransında, belǝ bir vǝziyyǝt “qəbul edilə bilməz” deyib.

487242
Türkiyə terror təşkilatı PYD-nin Almaniyada nümayəndəlik açmasına kǝskin reaksiya verib

PYD-nin PKK ilə əlaqəsinin bilindiyini ifadə edən Tanju Bilgiç, müttəfiq ölkələrin Türkiyənin terrora qarşı mübarizəsinə dəstək vermǝlǝrinin   lazım gǝldiyini  qeyd  edib.

Bilgiç Alman Parlementosuna 1915 hadisələri ilə əlaqədar verilən təklifi dǝ pislǝyǝrǝk, Almaniyanın son zamanlarda mövzuyla əlaqədar tərəfsiz siyasǝt izlǝmǝdiyini, təklifin qəbul edilməsi halında iki ölkǝ ǝlaqələrinin bundan mǝnfi tǝsirlǝnǝcǝyini vurğulayıb.

Bilgiç Alman Parlamentinin məntiq çəlrçivəlsindəl addım atmasını gözləyirik deyə dilə gətirib.

Tunju Bilgiç Suriyada humanitar böhrana son qoyulması üçün Cenevrədəki danışıqların üçüncü turu txir salındığına dair suala cavabn deyib ki, Rusiya və ABŞ tərəfindən Lazkiyə, Şərqi Guta və Hələbdə toqquşmaların dayandırılmasına dair razılığın yeniləndiyinə dair bəyanat yayıldı. 

Bilgiç Rusiyanın Cenevrədəki danışıqlara PYD-nin qatılmasına dair açıqlaması ilə əlaqəli olaraq isə deyib ki, Rusiyanın Suriyadakı gündəliyi məlumdur. Açıq şəkildə PYD-nin də müzakirələrə daxil edilməsinin vacibliyini söyləyir. Kürdləri PYD-PKK-nın təmsil etmədiyi hər kəsin məlumudur.  

"Bele bir düşüncəni müdafiə etmək belə kürdlərin təmsil edilməsini orada azaltmaq mənası daşıyır. Türkiyə olaraq PYD-nin bu masada oturmamasının vacibliyini hər fürsətdə dilə gətiririk. Rusiyanın bu mövqeyinin terrora dəstək olmaqdan başqa mənası yoxdur" deyə Tanju Bilgiç vurğulayıb.  

 



Әlaqәli Xәbәrlәr