Aralıq dənizində bu dəfə 1800 miqrant xilas edilib
Avropaya getməyə çalışan miqrantları Siciliya adası sahillərində İtaliya Sahil Təhlükəsizlik qrupları qurtarıb
485984
Havaların istiləşməsi və Balkan marşrutunun kəsilməsi qeyri-leqal miqrantların Liviyadan İtaliya sahillərinə axınını artırıb.
İtaliyalı səlahiyyətlilər bu il miqrantların sayının 30 mindən çox olduğunu bildirib. Hələ Liviyada gəmilərlə Avropaya keçməyi gözləyən bir milyona yaxın miqrant var.