Türk Silahlı Qüvvələri DEAŞ mövqelərini vurdu

İlkin məlumatlara əsasən 5 terrorçu məhv edilib.

485140
Türk Silahlı Qüvvələri DEAŞ mövqelərini vurdu

Terror təşkilatı DEAŞ-ın Suriyada nəzarət etdiyi bölgədən Kilisin şəhər mərkəzinə daha 2 raket mərmisi düşüb.

Mərmilərdən biri boş əraziyə düşdükdə, digəri 2 mərtəbəli bir evin damına düşüb.

Hadisə zamanı evin boş olması can itkisinin qarşısını alıb.

Hücumlara sərhəddə yerləşdirilmiş "Fırtına Obüs" silah sistemləri ilə ağır texnikalarla dərhal cavab verilərək, terror təşkilatı DEAŞ-a məxsus 2 silah mövqeyi məhv edilib, 7 terrorçu zərərsizləşdirilib.

Türk Silahlı Qüvvələri (TSK) dünən də DAEŞ terror təşkilatı tərəfindən Kilisə atılan raketlərə cavab verərək, qarşı tərəfin mövqeyini vurub.  

İlkin məlumatlara əsasən 5 terrorçu məhv edilib.

Qeyd edək ki, dünən axşam saatlarında DAEŞ tərəfindən Kilis mərkəzinə 4 raket atılıb, radarla raketlərin atıldığı bölgələrdəki DAEŞ mövqeləri və 2 hərbi texnikaları qısa müddətdə radarla təsbit edilib.

Təsbit edilən hədəflər iri caplı silahlarla məhv edilib.

Digər tərəfdən Kilis Valiliyi Suriya sərhədindəki 2 bölgənin, 15 gün müddətlə  "xüsusi təhlükəsiz bölgəsi" elan edildiyini açıqlayıb. 

Yazılı açıqlamada qərarın əhalinin təhlükəsizliyini təmin etmək, möhtəməl təhdid və təhlükələri aradan qaldırmaq üçün qəbul edildiyi bildirilib.

Xüsusi təhlükəsiz bölgə Şəhid zabit Yalçın Sərhəd polis idarəsinin geri bölgəsi ilə Öncü Sərhəd polis idarəsinin geri bölgəsini əhatə edir.



Әlaqәli Xәbәrlәr