Rәcәb Tayyib Әrdoğan Prezident iqamәtqahında muxtarları qәbul edib

Türkiyәnin dövlәt  başçısı Rәcәb Tayyib Әrdoğan  Türkiyәnin  torpaqlarına vә  vәtәndaşlarına qarşı olan heç bir hücumun  qarşılıqsız qalmayacağını deyib.

484208

Әrdoğan Prezident iqamәtgahında  keçirilәn  ‘‘25-ci Muxtarlar Toplantısında’’  çıxış edib.

R.T.Әrdoğan  çıxışı zamanı  terror tәşkilatı  DEAŞ-ın   Suriyadakı mövqelәrindәn  Kilisә  raket mәrmisi  atmasına  sәrt reaksiya göstәrib. 

Әrdoğan  bu tәşkilata qarşı  son günlәrdә  hәyata keçirilәn әmәliyyatlara toxunaraq: ‘‘DEAŞ  Kilisә tәşkil etdiyi   hücumlara görә  hәyata keçirilәn әmәliyyatlar  nәticәsindә  çox itki verdi vә buna davam etsә daha çox verәcәk.Terror tәşkilatlarının ölkәmizә qarşı  olan hücumlarının arxasındakı niyyәtlәri  biz çox yaxşı bilirik. Әmin olun ki, niyyәtlәrinә nail ola bilmәyәcәklәr’’ deyib.

Әlaqәli Xәbәrlәr