Türkiyədə ilk dəfə "Müqəvva Festivalı" keçiriləcək

Türkiyədə ilk "Müqəvva Festivalı" 3-5 iyun tarixlərində keçiriləcək.

483182
Türkiyədə ilk dəfə "Müqəvva Festivalı" keçiriləcək

 İzmirin Urla qəsəbəsindəki Barbaros kəndində yaşları 18 ilə 75 arasında olan kəndli qadınlar, unudulmağa başlayan kənd təsərrüfatı, mədəni və ənənəvi dəyərləri canlandırmaq üçün öz deyimləri ilə "Oyuq Festivalı" keçirəcəklər.
 
 "Gülümsəyin, Barbarosdasınız" şüarı ilə işə başlayan barbaroslu kəndlilər yerli adı "oyuq" olan və tarlaları qorumaq məqsədilə istifadə edilən müqəvvanı da, festivalın rəmzi etdilər.
 Festival Komitəsinin Sədri Dəmət Küçükkayalar: " Rəmzin mənası məhsulu qorumaqla bərabər, ekoloji və mədəni dəyərləri qorumaqdır. Festivalda keçiriləcək maraqlı tədbirlər və yarışlar ilə itən dəyərləri yada salmaq, istehsalı artırmaq və Barbarosu tanıtmaq istəyirik. Əsas hədəflərimizə yerli xalqın dirçəlməsi, kənddən şəhərə miqrasiyanın dayandırılması və gənc əhalinin geri qayıtması da daxildir"dedi.
" Barbaros Müqəvva Festivalı"nda Barbaros müqəvvaları ilə qonaq müqəvvalar kateqoriyalarında müqəvva müsabiqəsi keçiriləcək.
 "Müqəvva müsabiqəsi"nin yeganə şərti bütün müqəvvaların Barbaros Kəndinə bağışlanmasıdır.
Müqəvva müsabiqəsi ilə yanaşı Barbarosun ən gözəl bağça və həyətinin seçiləcəyi" Bağça və Həyət Müsabiqəsi", ənənəvi və yerli ləzzətləri yaşatmaq, unudulmaqda olan ləzzətləri yenidən canlandırmaq üçün "Yerli Ləzzətlər- Yemək Müsabiqəsi" keçiriləcək.
 Kəndin uşaq parkına saman, köhnə geyimlər qoyularaq kəndə gələcək qonaqların xüsusilə, uşaqların müqəvva düzəldərək əylənməsi təmin olunacaq.
 Festival boyu rəsm və foto sərgiləri açılacaq, ev yeməklərinin və əl işlərinin satışa təqdim ediləcəyi ekspozisiyalar qurulacaq.
Eyni zamanda, kənd meydanında rəmzi "xına gecəsi" keçiriləcək.


 

 



Әlaqәli Xәbәrlәr