N.Kurtulmuş:Türkiyə terror təşkilatları PKK və DEAŞ ilə mübarizəsini davam etdirir

Baş nazirin müavini və hökumət sözçüsü Numan Kurtulmuş Türkiyənin bir tərəfdən terror təşkilatı PKK ilə digər tərəfdən də terror təşkilatı DEAŞ ilə mübarizəsini davam etdirdiyini söyləyib.

482861
N.Kurtulmuş:Türkiyə terror təşkilatları PKK və DEAŞ ilə mübarizəsini davam etdirir

Baş nazirin müavini və hökumət sözçüsü Numan Kurtulmuş Türkiyənin bir tərəfdən terror təşkilatı PKK ilə digər tərəfdən də terror təşkilatı DEAŞ ilə mübarizəsini davam etdirdiyini söyləyib.

  Numan Kurtulmuş Cümhurbaşqanlığı Kompleksində, Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın rǝhbǝrliyindǝ keçirilən Nazirlər Kabinetinin iclası davam edərkən mǝtbuata açıqlama verǝrǝk bildirib ki, yığıncaqda

Baş Qərargah Rəisliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı tərəfindən Nazirlər Kabinetinə mǝlumatlar tǝqdim edildi. PKK və DEAŞ terror təşkilatları ilə digər terror təşkilatlarının Türkiyəyə qarşı fəaliyyətləri və tədbirlər barədə Nazirlǝr Kabinetinǝ mǝlumat verildi.

 Xüsusilə Kilis və Kilisdǝki vətəndaşların ciddi çətinliklərlǝ qarşı-qarşıya olduğunu vurğulayan Numan Kurtulmuş son üç ayda DAEŞ tərəfindən Kilisǝ 55 dǝfǝ raketlǝ atǝş açılıb. Bunun nǝticǝsindǝ 68 vətəndaşımız yaralanmış, 19 nəfər isǝ hǝlak olmuşdur. Bu 68 nəfərin 16-sı, ölən 19 nəfərdən isǝ 7-si suriyalıdır.

DEAŞ-ın sərhəddǝn kənarda hǝrǝkǝtli, ümumilikdǝ yük maşınlarının üzərində yerləşdirilmiş minaatanlarla Türkiyə sərhədlərinə hücum etdiyini və Kilisi hədəf aldığını bildirən Baş nazirin müavini Türkiyənin DEAŞ terror təşkilatının mövqelərini ciddi şəkildə təqib etdiyini vǝ lazım gǝlǝn cavabın verildiyini vurğulayıb.

Numan Kurtulmuş yığıncaqda terror təşkilatı PKK-ya qarşı əməliyyatların başa çatdırıldığı Cənub-şərqdəki Silopi, Sur, Cizre və İdil qǝsǝbǝlǝri ilə ǝlaqǝli bǝrpa planının nəzərdən keçirildiyini də bildirib.



Әlaqәli Xәbәrlәr