Ərdoğan : "Türkiyənin müdafiə sənayesində xarici ölkǝlǝrǝ asılılığı 50% azalıb"

2002-ci ildə Türkiyǝnin müdafiǝ sǝnaye sahǝsindǝ 80% olan xaricə asılılığının, 50 faiz azaldığını ifadǝ edǝn prezident Ərdoğan; 2023-ci ilǝ dǝk bunun tamamǝn aradan qaldırılmasının planlaşdırıldığını qeyd edib.

481626
Ərdoğan : "Türkiyənin müdafiə sənayesində xarici ölkǝlǝrǝ asılılığı 50% azalıb"

Ərdoğan, Tuzla Sədəf Qǝmi Qayırma yerindǝ Anadolu adlı Hücum Gemisinin istehsalına başlanması sǝbǝbindǝn tǝşkil edilǝn mǝrasimdǝ etdiyi çıxışında “Güclənən, inkişaf edən Türkiyə sərhədlərindǝn kǝnarda da inkişafının tǝsirini hiss etdirmǝlidir. Bir tərəfdən ölkəmizə istiqamətli təhdidlərin artdığı digər tərəfdən beynəlxalq sahədə ön plana çıxmaq məcburiyyətində qaldığımız bir dövrdə, müdafiǝ sǝnayesǝ sahǝsindǝ atılan bu nǝhǝng addımı tǝxirǝ salınmış tǝşǝbbüs olaraq görürəm. Çünki bu millət öz göbəyini özü kəsmək mǝcburiyyǝtindǝdir. Bunun başqa çarəsi yoxdur” deyǝ vurğulayıb.

“Müdafiə sənaye sahəsindəki mövcud layihələri həssaslıqla izlǝrkǝn, təhdidlər və imkanlar baxımından ölkəmizin yeni mövqeyinə uyğun hazırlıqlara da sürǝt qazandırmalıyıq. Yerli istehsal olan silahlı insansız hava aparatlardan müsbǝt nǝticǝ ǝldǝ edilmǝsi bizi sevindirmişdir. İstehsalına başlanan və 4 ildə bitirilməsi planlaşdırılan Türkiyənin amfibi hücum gəmisi, təyyarə gəmisi buraxma yolunda atdığımız ilk addım hesab edilir. Şərq və Cənub-Şərq bölgəmizdə yaşanan qarşıdurmalar bəhanə edilərək, puluyla belə bizə satılmayan silahlar mövcuddur. Bunlar NATO müttǝfiqlǝrimiz olan ölkǝlǝrdir. Suriyadakı böhran səbəbiylə ölkəmizə istiqamətli təhdidlərin davam etmǝsinǝ baxmayaraq, terror təşkilatlarına silah-surda tǝmin edǝnlǝr, təəssüf ki dost Türkiyəyə bu dəstəklǝrini ǝsirgǝyirlǝr. Türkiyə bu sǝbǝblǝrdǝn, xaricǝ asılılığa son qoymalıdır.



Әlaqәli Xәbәrlәr