Baş nazir Davudoğlu xain terror hücumunu lǝnǝtlǝyib

Qaziantǝpdǝ polis baş idarǝsi binasına bomba ilǝ tǝzhiz edilmiş avtomobil ilǝ tǝşkil edilǝn xain hücumda 2 polis şəhid olub. 18-i polis olmaqla 22 nəfər yaralanıb. Xain hücum səhər saat 9:30da törǝdilib.

481944
Baş nazir Davudoğlu xain terror hücumunu lǝnǝtlǝyib

Qaziantǝp valisi Əli Yerlikaya, hücumun bombalı avtomobillə hǝyata keçirildiyini bildirib. Onun sözlǝrinǝ görǝ yaralılar təcili yardım maşınları ilǝ ətrafdakı xəstəxanalarda yerlǝşdirilib.

Şəhərin bir çox nöqtəsindən dǝ eşidilǝn Şiddətli partlayış nǝticǝsindǝ ətrafdakı binaların şüşələri qırılıb.

Qaziantǝp valisi Əli Yerlikaya və polis idarǝsinin direktörü Erhan Gülverǝn, hadisədǝn sonra bölgədə araşdırma aparıb.

Baş nazir Əhməd Davudoğlu, Qaziantepdə və Nusaybindǝ həyatını itirən şəhidlərin ailǝlǝrinǝ baş sağlığı verib. Terroru lǝnǝtlǝyib. Terrorun belǝ xain hadisǝlǝr törǝdǝrǝk millətin birlik və bərabərliyinə zərər verə bilməyəcəyini vurğulayıb.

1 May Əmək və Həmrəylik Günü münasibətilə Çankaya Köşkündə ǝmǝkçilǝri qǝbul edǝn nahar Baş nazir Davudoğlu, Bütün ǝmǝkçilǝrin əmək və həmrəylik gününü tǝbrik edib. Davudoğlu : “Bu gözəl bayram günündə ölkəmizi qana bulayan terror təşkilatını, terroru lənətləyirǝm. Qaziantǝpdə törǝdilǝn xain terror hücumunda vǝ Nusaybindǝki şǝhidlǝrimizin ailǝlǝrinǝ baş sağlığı verir vǝ yaralılarımıza təcili şəfalar diləyirəm” deyib.



Әlaqәli Xәbәrlәr