İstanbulda "Kutül Amare Zəfəri" münasibətilə yadetmə mərasimi keçirildi

Dünən İstanbulda Osmanlı qüvvələri ilə İngiltərə və müttəfiqləri arasında 100 il əvvəl I Dünya Müharibəsinin əsas döyüşlərindən olan "Kutül Amare Zəfəri"nə həsr olunuş möhtəşəm yadetmə proqramı təşkil olundu.

481178
İstanbulda "Kutül Amare Zəfəri" münasibətilə yadetmə  mərasimi keçirildi

Türkiyə   Prezident  Aparatının himayəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan anma proqramına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, Baş nazir Əhməd Davudoğlu, Baş nazir nüavini Numan Kurtulmuş, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, nazirlər, millət vəkilləri, hərbi heyət, İraqdan gələn liderlər və çox sayda dəvətlilər qatıldılar.

  “Unudulan Zəfər Kutül Amare 100-ci İl 2014-2016" adlı yadetmə proqramında 38 mehtərin və 72 ifaçının səhnəyə çıxdığı "Kutül Amare Sənədli Dram Səhnələşdirməsi" böyük rəğbət qazandı.

Səhnə oyununda hazırda İraq sərhədində bir qəsəbə olan Kutül Amaredə nümayiş etdirilən qəhrəmanlıqlardan bəhs edilir, ingilislərin əsir düşən əsgərlərin azad olunması üçün Osmanlı Padşahı II. Əbdülhəmidə rüşvət təklifi və padşahın verdiyi cavab böyük alqışlarla qarşılandı.

  II. Əbdülhəmidin təmsil olunduğu səhnədə sultanın: "Veriləcək bir qarış belə torpağım yoxdur. Torpaq mənim deyil, millətimindir" sözləri dəqiqələrlə alqışlandı.

Səhnələşdirilmiş oyundan sonra prezident Ərdoğan, Kut valisi Malik Xələf və Mədəniyyət və Turizm naziri Ünal aktyorlarla birlikdə səhnəyə çıxdılar..

  Qələbə qazanan 6-ci Ordunun bayrağı prezidenti Ərdoğana təqdim edildi. Prezident bayrağı öpüb alnına qoyduqdan sonra "Çox uğurlu oyun idi" deyərək aktyorlara təşəkkür etdi.

  Daha sonra Kut  valisi Xələf, Kutül Amare barədə qısa nitq söylədi  və şəhid qanı ilə sulanmış Kut torpağını prezident Ərdoğana təqdim etdi

  Prezident Ərdoğan çıxışında bunları dedi:

  “Dünyada 200 milyondan çox əhalisi olan Türkdilli cəmiyyətlər dedikdə, öncə ağla bizim millətimiz gəlir. Millət olaraq təmsil etdiyimiz bu geniş görüşün arxasındakı böyük mübarizə və fədakarlıqları çox yaxşı görmək, çox yaxşı qiymətləndirməliyik. Birinci Dünya Müharibəsi və Qurtuluş Savaşı millətimizin qiyamıdır, yəni ayağa qalxmasıdır. Tarix kitablarında millətimizə “hərbi millət” və ya “ordu millət” deyilir.. Çünki biz inancı, vətəni, bayrağı, dövləti uğrunda döyüşən bir millətik. Yəni bizim sadəcə hərbi ordumuz yoxdur. Eyni zamanda, mobil ordumuz vardır. O da millətin özüdür".

  Prezident Ərdoğan, Kutül Amare Zəfərinin 100-cü ildönümü münasibətilə çıxışında Türk millətinin inancı, vətəni, bayrağı, dövləti uğrunda Malazgirtdən Çanaqqalaya qədər bir çox qəhrəmanlıq dastanına imza atdığını da xatırlatdı.

 Türkiyənin Baş naziri Əhməd Davudoğlu da, Kutul Amare ZəfərininTürk millətinin həyatına qəsd edənlərə qarşı ən əhəiyyətli cavablardan biri olduğunu söylədi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr