Bir qrup terrorçu zǝrǝrsizlǝşdirilib
Terror tǝşkilatı DEAŞ-ın nǝzarǝtindǝki Suriyanın Cerablus şǝhǝrindǝn Türkiyǝnin Qaziantep şǝhǝrinin Karkamış qǝsǝbǝsinin sǝrhǝd xǝttinǝ minaatanlardan 5 mǝrmi düşüb.
![Bir qrup terrorçu zǝrǝrsizlǝşdirilib](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/db93/a841/b120/5721eadc7fc7f.jpg?time=1718858862)
Terror tǝşkilatı DEAŞ-ın nǝzarǝtindǝki Suriyanın Cerablus şǝhǝrindǝn Türkiyǝnin Qaziantep şǝhǝrinin Karkamış qǝsǝbǝsinin sǝrhǝd xǝttinǝ minaatanlardan 5 mǝrmi düşüb.
Türkiyǝ vaxtı ilǝ saat 11.00 radǝlǝrindǝ Türkyurdu mǝhǝllǝsinǝ atılan mǝrmilǝrdǝn üçü boş ǝraziyǝ düşüb.
Sǝrhǝd polis idarǝsinin yaxınlığına düşǝn mǝrmilǝrdǝn biri sǝrhǝd xǝttindǝki “Fırtına obüsü” adlı tank sistemini vurub. Obüsdǝ yüngül xǝsarǝt yaranıb, ölǝn yaxud yaralanan olmayıb.
Hadisǝdǝn sonra DEAŞ-ın mövqelǝrinǝ “Fırtına obüslǝri” ilǝ atǝş edilib.
Digǝr tǝrǝfdǝn tǝhlükǝsizlik mǝnbǝlǝri pilotsuz hava aparatı vǝ radarla aşkarlanan terror tǝşkilatı DEAŞ-lı bir qrup terrorçunun zǝrǝrsizlǝşdirildiyini bildirib.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718858862)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718858862)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq