Ərdoğan: "Türkiyə qapılarını ona pənah gətirən qaçqınların üzünə bağlamayacaq"

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin qapılarını qaçqınların üzünə bağlamayacağını bir daha təkrar etdi.

478869
Ərdoğan: "Türkiyə qapılarını ona pənah gətirən  qaçqınların üzünə bağlamayacaq"

  Xorvatiyada rəsmi səfərdə olan Ərdoğan Zaqrebdəki Prezident Sarayında Xorvatiya prezidenti Kolinde Grabar Kitaroviç ilə keçirdiyi təkbətək və heyətlərarası görüşlərdən sonra birgə mətbuat konfransı keçirdi.

  Qaçqınlar məsələsinə toxunan Ərdoğan: “ Türkiyəyə pənah gətirən qaçqınlara qapılarımızı bağlamamışıq, bundan sonra da yenə bağlamayacağıq. Qərbin bu məsələyə daha müsbət bir yanaşma sərgiləməsini insani və vicdani bir vəzifə olaraq qəbul edirəm. Türkiyəyə bu mövzu ilə əlaqədar daha çox dəstəklərin verilməsinin vacibliyini də açıq şəkildə ifadə etmək istəyirəm" dedi.

  Bosniya və Herseqovina ilə əlaqədar olaraq isə Türkiyə prezidenti Türkiyə və Xorvatiyanın Bosniya və Herseqovinanın gələcəyi ilə bağlı məsuliyyəti bölüşdüklərini bildirdi.

  Daha sonra iki ölkə arasında cəza cinayətləri haqqında müqavilə və Türkiyə Radio Televiziya Qurumu (TRT) və Xorvatiya Dövlət televiziyası arasında əməkdaşlıq protokolu imzalandı.

 



Әlaqәli Xәbәrlәr