“Dünya üçün hazırıq” yardımları davam edir

Türkiyə 650 nəfərin ölümü, 20 mindən çox insanın evsiz qalmasına səbəb olan 7,8 bal gücündə zəlzələdən zərər görən Ekvadora yardım göndərib.

478905
“Dünya üçün hazırıq” yardımları davam edir

Fövqəladə Hallar və Təcili Yardım İdarəsi paytaxt Kitoda zəlzələ bölgəsində paylamaq üçün 3 min qutuluq yardım paketi hazırlayıb. Yardımlar 1500 ədəd ərzaq bağlaması və 1500 ədəd gigiyena dəsti olaraq planlaşdırılır.

Bunlarla yanaşı çadır düşərgələri üçün təmizlik məhsulları yardımı da göstəriləcək. Humanitar yardım ilk mərhələdə Kalketa, Portoviyeho  və Manta şəhərlərində ehtiyacı olanlara paylanacaq.

"Dünya üçün hazırıq" deyərək yola çıxan yardım karvanı 5 qitə və 52 ölkədə bütün insanların köməyinə çatmağa davam edir.



Әlaqәli Xәbәrlәr