Stokholmdan Sabiha Gökcene ilk uçuş baş tutub
Türk Hava Yolları İsveçin paytaxtı Stokholmun Arlanda hava limanından İstanbulun Sabiha Gökçen hava limanına ilk səfərini həyata keçirib.
Türk Hava Yolları İsveçin paytaxtı Stokholmun Arlanda hava limanından İstanbulun Sabiha Gökçen hava limanına ilk səfərini həyata keçirib.
İlk uçuşun yerinə yetirilməsi münasibətilə Arlanda hava limanında təşkil edilən mərasimdə Türkiyənin Stokholmdakı səfiri Kaya Türkmən, Stokholm Dini Xidmətlər müşaviri Fatih Mehmet Karaca, THY-nın Stokholm üzrə direktoru Ömər Faruk Sönməz və digər nümayəndələri iştirak ediblər.
THY-nın Stokholm üzrə direktoru Ömər Faruk Sönməz İstanbulun Avropa sahilindəki Atatürk hava limanından Stokholma həyata keçirilən səfərlərdən əlavə Asiya sahilindəki Sabiha Gökçen hava limanından ediləcək səfərlərin həm Türkiyənin dörd bir yanına, həm də Orta Şərqə uçacaq insanlara xidmət verməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O, bu səfərlərin təşkilini eyni zamanda İsveçlə Türkiyə arasındakı əlaqələrə də çox müsabət təsir göstərəcəyini bildirib.