Türkiyə DEAŞ-ı vurdu

Türkiyənin qanuni müdafiə haqqından istifadə edərək terror təşkilatı DEAŞ-ın Suriyadakı hədəflərinə hücumları zamanı 370 terrorist ölüb.

477734
Türkiyə DEAŞ-ı vurdu

Təhlükəsizlik qüvvələrindən verilən məlumata görə yanvarın 9-dan bəri Suriya tərəfindəki DEAŞ mənsublarının Türkiyə sərhədlərinə istiqamətlənmiş hücumları zamanı müxtəlif silahlar vasitəsilə 5 min 330 zərbə endirilib.

Bu cavab hücumlarında DEAŞ terror təşkilatına məxsus çoxlu sayda silah-sursat, sığınacaq obyekti və qərargah olaraq istifadə edilən binalar məhv edilib.

Həmin tarixdən etibarən təşkilata qarşı həyata keçirilən əməliyyatlarda koalisiya qüvvələri tərəfindən 167 hava hücumu da təşkil edilib.

Bu əməliyyatlarda 492 terrorçunun öldüyü bildirilir.

 

 

 



Әlaqәli Xәbәrlәr