Türkiyə-Aİ Suriyalılara Kömək Yığıncağı ötǝn gün Gaziantǝpdǝ keçirilib

"Miqrantların Türkiyǝyǝ qǝbulu müqavilǝsi viza rejimi lǝğv edildikdǝn sonra tətbiq oluna bilǝr"; Bunu Baş nazir Əhmǝd Davudoğlu deyib.

476854
Türkiyə-Aİ Suriyalılara Kömək Yığıncağı ötǝn gün Gaziantǝpdǝ keçirilib

Avropa İttifaqı -Türkiyə arasında qol çǝkilǝn müqavilǝ mǝtninin ǝsasını Viza rejiminin tǝğv edilmǝsinǝ dair maddǝ tǝşkil edir. Miqrantların Türkiyǝyǝ qǝbulu müqavilǝsi viza rejimi lǝğv edildikdǝn sonra tətbiq oluna bilǝr. Bunu Baş nazir Əhmǝd Davudoğlu deyib.

Türkiyə-Aİ Suriyalılara Kömək Yığıncağı ötǝn gün Gaziantǝp Universiteti Konqres və İncəsənət Mərkəzində baş tutub.

Tǝdbirǝ Baş nazir Əhməd Davudoğlu, Aİ Şurasının sədri Donald Tusk, Almaniya kansleri Angela Merkel və Aİ Komissiyasının vitze-prezidenti Frans Timmermans qatılıb.

Davudoğlu, danışıqlardan sonra tǝşkil edilǝn birgǝ mǝtbuat konfransında viza rejiminǝ diqqət çəkib. Türkiyəyǝ viza tǝtbiqi mǝsǝlǝsinin Miqrantların Geri Qəbul edilmǝsini nǝzǝrdǝ tutan razılaşma ilǝ birlikdǝ hǝyata keçirilmǝsinin lazım gǝldiyini qeyd edib.

Kilis xalqının xüsusilə son günlərdə terror təşkilatı DEAŞ-in hücumları qarşısında göstərdiyi müqavimət və Suriyalı sığınmacılara qarşı rəftarlarının təqdirǝ şayan olduğunu ifadǝ edǝn Davudoğlu, "DEAŞ, PKK və YPG kimi terror qruplaşmalarının Türkiyəyə istiqamǝtli xain fǝaliyyǝtlǝrinin cavabsız qalmayacağını vurğulayıb.

Qonaq liderlǝr ilǝ Nizipdəki düşərgələrǝ baş çǝkdiklǝrini , uşaqlarla bir araya gəldiklərini ifadǝ edǝn Davudoğlu, yeganǝ mǝqsǝdin insani baxımdan İkinci Dünya müharibəsindən sonra yaşanan ən böyük faciəyə Avropa ölkǝlǝri ilǝ yanaşı həll yolu axtarmaq olduğunu deyib.

Almaniya Kansleri Merkel də, Türkiyənin, ən çox miqrant qəbul edən ölkə mövqeyində olduğunu, Aİ-nin da bu məsuliyyəti üzǝrinǝ götürmǝsinin lazım  gǝldiyini qeyd etdi.

Aİ Şurasının sədri Donald Tusk da, Baş nazir Davutoğluna dəvəti üçün təşəkkür edərək, Türkiyǝnin miqrant mǝsǝlǝsi ilǝ ǝlaqǝli atdığı addımlar vǝ etdiyi sǝylǝrin tǝqdirǝ şayan olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr