Suriyadan Türkiyənin Kilis şəhərinǝ raket mǝrmisi atılıb

Saat 11-də Kilis şəhərinin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb

477129
Suriyadan Türkiyənin Kilis şəhərinǝ raket mǝrmisi atılıb

Saat 11-də Kilis şəhərinin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb, nəticədə 15 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, həyatları üçün ciddi təhlükə yoxdur. Türkiyə ordusu Qumbaraatan mərmisinin atıldığı Suriyanın Bab bölgəsinə artilleriya zərbəsi endirib. Bölgǝdǝ   tǝhlükǝsizlik  tǝdbirlǝri  artırılıb.

Qeyd edək ki, yanvar ayından indiyə qədər Suriyada İŞİD-in nəzarətində olan Bab bölgəsindən Türkiyəyə atılan raketlər və artilleriya mərmiləri nəticəsində 5-i suriyalı olmaqla, 15 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr