Prezident Rəcəb Tayyib Ərdoğandan Aram Ateşyana mktub

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə erməniləri Patriarxının ǝvǝzi Aram Ateşyana, Kumkapı Məryəm Ana Kilsəsində təşkil etdiyi 1915 hadisələrini anma ayini münasibǝtiylǝ bir mǝktub göndǝrib.

477106
Prezident Rəcəb Tayyib Ərdoğandan Aram Ateşyana  mktub

Prezident Rǝcǝb Tǝyyib Ərdoğan, mǝktubunda, Birinci Dünya Müharibəsinin tragik şərtlərində həyatını itirən Osmanlı ermənilərini xatırlamaq üzrə bu gün, İstanbulda Erməni kilsǝsindǝ toplanan vətəndaşları selamladığını və hörmətlərini çatdırdığını qeyd edib.

Osmanlı ermənilərinin yaşadıqları ağrıların paylaşılması və xatirələrinin yad edilməsi  üçün belǝ  bir  mǝrasimin tǝşkil edilmǝsini yüksǝk qiymǝtlǝndirdiyini ifadǝ edǝn prezident Ərdoğan, “Humanitar vəzifələrin gözdǝn yayındırılmadığı, sevincin və ağrının səmimiyyətlə paylaşılabildiği Anadolu torpaqları, vicdan və ədalət anlayışını  heç nǝdǝn  ǝsirgǝmǝz.  Bu anlayış ilǝ Osmanlı ermənilərinin xatirələrini qoruyacayıq. Türklərlə ermənilərin min illik ortaq həyat mədəniyyətini yenidən xatırlamaq və xatırlatma ǝnǝnǝmizi davam etdirǝcǝyik. Ortaq tarixləri və bənzər ənənələri olan iki qonşu xalqı, nifrət və düşmənçilik ifadələriylə bir-birindən uzaqlaşdırmaq istəyənlərə və tarixi siyasi   zǝminǝ   çǝkmǝk  istǝyǝnlǝrǝ  lazımlı  cavabı   vermǝk  üçün, dostluq və sülh yolunda addım atmaqdan imtina etməyəcəyik. Bu düşüncələrlə, əbədiyyətə intiqal etmiş Osmanlı ermənilərini hörmətlə xatırlayır, həyatda olan yaxınlarına başsağlığı verirǝm. Eyni dövrdə həyatını itirən etnik və dini mənşəyi nə olursa olsun bütün Osmanlı vətəndaşlarını da rəhmətlə yad edirǝm. Bu ortaq ağrını paylaştığımızı ifadə etmək istəyirəm. Ölkəmizə keçmişdən bu günə qǝdǝr dǝstǝk olan bütün erməni vətəndaşlarımıza da bu vəsiləylə yenidən təşəkkür edirəm” deyǝ vurğulayıb.

 

 



Әlaqәli Xәbәrlәr