Türkiyə Barak Obamanın 1915-ci hadisələri ilə bağlı verdiyi açıqlamaya reaksiya göstərdi

Türkiyə Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın 1915-ci hadisələri ilə bağlı verdiyi açıqlamaya reaksiya göstərdi.

476416
Türkiyə Barak Obamanın 1915-ci hadisələri ilə bağlı verdiyi açıqlamaya reaksiya göstərdi

Türkiyə Xarici işlər Nazirliyi tərəfindən verilən açıqlamada "ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadisələri haqqında 22 aprel 2016-ci il tarixində verdiyi açıqlama I Dünya Müharibəsində yaşanan acıların tarixin təktərəfli anlaşılması əsasında dəyərləndirilməsinin yeni bir nümunəsidir" deyilir.

Türkiyənin Türk və erməni xalqları arasında yanaşı yaşamanın çoxəsrlik təcrübəsi əsasında, sülh şəraitində ortaq bir gələcək qurma arzusunu səmimiyyətlə ortaya qoyduğuna diqqəti çəkən açıqlamada: "Dost və müttəfiq ölkələrin bu çağırışa dəstək vermək əvəzinə, münaqişəni dərinləşdirməyə çalışanları ruhlandırması kədərləndiricidir" İfadəsi işlədilir.

Bu günə qədər tarixdə yaşanan acıları siyasətə alət etməyə yönəldilmiş səylərin heç kimə fayda gətirmədiyi həqiqətinə işarə edilən açıqlamada bu cümlələrə yer verilir: " Hər il müəyyən tarixlərdə üçüncü ölkələrin siyasi mövqelərindən mənfəət çıxarmağa çalışan dairələr dostluğa və sülhə olan ümidi zəiflətməklə kifayətlənməyib, o dövrdə baş verən ortaq ağrılara da hörmətsizlik edirlər. Bu çərçivədə, ABŞ rəhbərliyini tarixi həqiqətləri ədalətli yaddaş əsasında dəyərləndirərək, bütün tərəflərin ağrılarını nəzərə alan, bitərəf, ağıllı və konstruktiv mövqe tutmağa dəvət edirik".

Qeyd edək ki, ABŞ Prezidenti açıqlamasında erməni dilində "Böyük Fəlakət" mənasına gələn "Meds Yeghern" ifadəsini işlətmişdi.



Әlaqәli Xәbәrlәr