“Avropa İttifaqı ilə Türkiyə anlaşması ən doğru yoldur”, A.Merkel

Almaniya kansleri Angela Merkel, Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa İttifaqı Komissiyasının sədr müavini Frans Timmermans bu gün Türkiyəyə gələrək qaçqınların vəziyyətini Qaziantepdə yerində araşdıracaqlar

476659
“Avropa İttifaqı ilə Türkiyə anlaşması ən doğru yoldur”, A.Merkel

  Almaniya kansleri Angela Merkel Avropa İttifaqı ilə Türkiyənin qaçqınlar mövzusunda əldə etdiyi razılaşmanın qəti şəkildə doğru yol olduğunu söyləyib: "Saziş qonşularımızla birlikdə Şengen sərhədlərini qorumağımıza yardımçı olacaq".

  Qaçqınların Almaniyaya uyğunlaşmasıyla əlaqədar əyalət rəhbərlərilə görüşən Merkel sonra təşkil edilən mətbuat konfransında çıxış edıb, bu gün Türkiyəyə edəcəyi səfər, məqsədləri, müharibədən canını qurtaran suriyalı qaçqınların həyatlarını təhlükəyə ataraq qaçaq yollarla Avropaya gəlmələrinin qarşısını almaq, onları yaxın bir yerdə saxlamaq və qorumaq olduğundan danışıb.

  Merkel Baş nazir Əhməd Davudoğlu ilə bütün mövzuları ayrıntılı şəkildə müzakirə edəcəklərini məlumat verərək Türkiyə ilə olan razılaşmanın qətiliklə doğru və mühüm yol olduğunu vurğulayıb.

  Angela Merkel dövlət başçısı Rəcəb Tayyib Ərdoğana qarşı təhqir dolu yumor proqramını hazırlayan Jan Böhmermann haqqında da məhkəmə işinin başlanması fikrini müdafiə edib.

  Bu arada, Almaniya kansleri Angela Merkel, Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa İttifaqı Komissiyasının sədr müavini Frans Timmermans bu gün Türkiyəyə gələrək qaçqınların vəziyyətini Qaziantepdə yerində araşdıracaqlar. Qaziantepdə Merkel Baş nazir Əhməd Davudoğlu ilə də görüşəcək. Görüşdə qaçqınların geri dönüş layihəsi, Türkiyəyə qaçqınlar üçün veriləcək 3 milyard avro və Türkiyə vətəndaşlarının Avropaya vizasız gediş-gəliş məsələləri müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr