New York​da Türk Şənliyi

Mərkəzi Amerika Birləşmiş Ştatlarının paytaxtı Washington​da yerləşən "İrəliləyiş üçün Türk İnstitutu" (TIP) qondarma "erməni soyqırımı" iddialarının intensiv şəkildə müzakirə edildiyi 24 aprel ərəfəsində New York​da​ Türk Şənliyi keçirildi.

475212
New York​da Türk Şənliyi

Əksəriyyəti amerikalı rəqqaslardan ibarət 150 nəfərlik qrup 1915-ci il hadisələrinin 101-ci ili çərçivəsində keçirilən tədbirdə əvvəl New York​da​ dünyaca məşhur olan Brooklyn​ Körpüsünün altında, sonra Wall Streetdeki Bowling Green Parkda rəqslərini mnümayiş etdirdi.

Üstündə"Ay-uuduz " şəkli və "Həqiqət=Sülh" yazısı olan formalar geyinmiş rəqqaslar təxminən 10 dəqiqəlik rəqsdən sonra Türkiyədəki terror hücumlarında həlak olanları bir dəqiqəlik sükutla yad etdilər.

TIP tərəfindən təşkil edilən ikinci tədbirdə isə krayəyə götürülən təyyarələr Manhattan Adası üzərində səmada "erməni iddiaları"nı təkzib edən mesajlar yazdılar.



Әlaqәli Xәbәrlәr