Baş katib Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan tǝrǝfindǝn qǝbul edilib

Ankarada sǝfǝrdǝ olan NATO-nun Baş katibi Jens Stoltenberg görüşlǝrini bugün dǝ davam etdirib.

475499
Baş katib Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan tǝrǝfindǝn qǝbul edilib

Ankarada sǝfǝrdǝ olan NATO-nun Baş katibi Jens Stoltenberg görüşlǝrini bugün dǝ davam etdirib.

Baş katib Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan tǝrǝfindǝn qǝbul edilib.

Cümhurbaşqanlığı kompleksindǝ baş tutan görüş 1 saat 10 dǝqiqǝ davam edib vǝ mǝtbuata qapalı keçirilib.

Stoltenberg qǝbuldan ǝvvǝl dǝ Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu ilǝ Nazirlikdǝ bir araya gǝlib.

NATO-nun Baş katibi görüşdǝn sonra tǝşkil edilǝn birgǝ mǝtbuat konfransında Türkiyǝnin NATO-nun önǝmli bir müttǝfiqi olduğunu dilǝ gǝtirǝrǝk deyib ki, terrorla beynǝlxalq mübarizǝ çǝrçivǝsindǝ dǝ geniş miqyaslı yanaşmaya ehtiyac var.

Xarici İşlǝr naziri Çavuşoğlu da terrorla mübarizǝ üçün NATO müttǝfiqlǝri arasında mǝlumatın vǝ kǝşfiyyatın bölüşülmǝsinǝ ehtiyac olduğunu vurğulayaraq, bu sahǝdǝki kǝsirlǝrin ǝks-sǝdalarının Belçika kimi başqa ölkǝlǝrdǝ törǝdilǝn hücumlar zamanı görüldüyünü qeyd edib.

Çavuşoğlu PYD-YPG terror tǝşkilatının necǝ bir tǝşkilat olduğuna dair Baş katibǝ mǝlumat verdiyini, bu tǝşkilatların terror tǝşkilatı PKK-dan fǝrqi olmadığını, kadrların PKK-dan gǝldiyini söylǝyib.

Nazir Çavuşoğlu 17 fevral vǝ 13 martda Ankarada terror aktlarını törǝdǝnlǝrin bu tǝşkilat tǝrǝfindǝn tǝlim keçdiklǝrinǝ dǝ diqqǝt çǝkib.

Qeyd edǝk ki, Baş Katib Stoltenberq Baş nazir Əhməd Davudoğlu ilə dünǝn axşam görüşüb.

Görüşdə Varşava keçirilәcәk sammitin hazırlıqları, Türkiyənin cənub-şərq sərhədlərindəki hərbi fǝallıq və sərhəd təhlükəsizliyi məsələləri müzakirə olunub.

Görüşdə həmçinin Suriya, İraq, DEAŞ ilә mübarizə vә NATO-nun Әgǝ dәnizindәki nizamsız miqrasiyaya qarşı olan fәaliyyәtlәri dә müzakirә olunub.



Әlaqәli Xәbәrlәr