Türk zeytunu və zeytun yağı Kanadada tanıdıldı

Zeytun və Zeytun Yağı Təqdimat Komitəsi (ZZTK) Türkiyənin zeytun və zeytun yağı ixracını artırmaq üçün Kanadanın Montreal şəhərində 13-15 apreldə keçirilən SIAL Canada qida sərgisində iştirak etdi.

474592
Türk zeytunu və zeytun yağı Kanadada tanıdıldı

Komitə Sədri Kadri Günəş Avropa və Asiyanın müxtəlif ölkələrindən böyük firmaların iştirak etdiyi sərgidə, Türk zeytun və zeytun yağına göstərilən qayğıdan olduqca məmnun qaldıqlarını bildirdi.

Sərgidə 60 ölkədən təxminən 850 firmanın iştirak etdiyini ifadə edən Günəş Türkiyənin stendi ilə Kanada və Amerika Birləşmiş Ştatları ilə yanaşı, Argentina, Braziliya, Çin, İtaliya, İspaniya və İraq kimi dünyanın dörd bir yanından gələn firmaların da maraqlandığını bildirdi.

Ötən il ümumilikdə 220 milyon dollarlıq zeytun və zeytun yağı idxalı həyata keçirən Kanadadakı bazar paylarını artırmağı qarşısına məqsəd qoyduqlarını vurğulayan Günəş Kanadanın Türk zeytun və zeytun yağı üçün çox böyük bir bazar potensialına malik olduğunu dedi.

Günəş Türkiyənin 2014-15-ci il mövsümündə Kanadaya 812 min dollarlıq zeytun yağı, 903 min dollarlıq da süfrə zeytunu ixrac etdiyini qeyd etdi.




Әlaqәli Xәbәrlәr