Türk Silahlı Qüvvələri İraqın şimalındakı terrorçuların mövqeyini vurub
Qendil bölgəsinə istiqamətli iki ədəd F-16 döyüş təyyarəsi ilə həyata keçirilən əməliyyatda hədəflərin dəqiq şəkildə vurularaq məhv edildiyi bildirilib.
Baş Qərargah Rəisliyinin açıqlamasında Qendil bölgəsinə istiqamətli iki ədəd F-16 döyüş təyyarəsi ilə həyata keçirilən əməliyyatda hədəflərin dəqiq şəkildə vurularaq məhv edildiyi bildirilib.
Ölkə daxilində də terrorçuların məhv edilməsi məqsədi ilə əməliyyatlar davam edir.
Türkiyənin Şırnak bölgəsində terror təşkilatı PKK-ya qarşı əməliyyatlar əsnasında əl istehsalı partlayıcı tələsi partladılıb, 2 əsgər şəhid olub, 4 əsgər və 2 polis yaralanıb.
İnsansız hava vasitələrinin da istifadə edildiyi əməliyyatlarda 22 sığınacaq və silah anbarı məhv edilib, çox sayda silah, sursat, partlayıcı, əl istehsalı qurğular və hərbi vəsait ələ keçirilib.
Bu arada onu da qeyd edək ki, Bitlis-Muş bölgəsində də əməliyyatlar davam edir. Həyata keçirilən əməliyyatlarda aprelin ilk günündən bu yana 6-sı sağ olmaqla 16 terrorçu zərərsizləşdirilib. Əməliyyatlarda Bingöl, Muş və Bitlisdə çox sayda terror hərəkəti törədən və başına bir milyon lirə mükafat qoyulan, Ərzurum məsulu, “Sinan Devrim" kod adlı terrorçu Mehmet Hayme sağ olaraq ələ keçirilib. Yenə başına bir milyon lirə mükafat qoyulan, “Hemgin Koçer" kod adlı terrorçu Cəmil Atəş isə öldürülüb. Bununla da PKK-nın Bitlis bölgəsində fəaliyyət göstərən terror fəaliyyəti çökdürülüb.
Digər tərəfdən Hakkari, Mardin, Şırnak və Bingöldəki əməliyyatlarda 12 terrorçu zərərsizləşdirilib.
Əməliyyatlar çərçivəsində zərərsizləşdirilən cəmi terrorçu sayı Nusaybində 275, Şırnakda 219, Yüksəkovada 196 olub.
Әlaqәli Xәbәrlәr
Türkiyədə İbrahim Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...