Ayrı-seçkilik və pis rəftara qarşı Təşkilat

Türkiyə İnsan Hüquqları və Bərabərlik Təşkilatı yaradılır

474297
Ayrı-seçkilik və pis rəftara qarşı Təşkilat

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən Türkiyə İnsan Haqları və və Bərabərlik Təşkilatı haqqında qanun rəsmi qəzetdə dərc olunub. Yeni qanuna görə, ayrı-seçkilik və pis rəftar qadağandır. Dərnək, peşə, partiya təşkilatı fəaliyyətlərində də ayrı-seçkilik edilməyəcək.

Türkiyə İnsan Hüquqları və Bərabərlik Təşkilatı iki həmsədri olmaqla 11 üzvdən ibarət olacaq, 8 üzv Nazirlər Kabineti, 3 üzv isə dövlət başçısı tərəfindən seçiləcək, 7 üzv isə qeyri-hökumət təşkilatları, sosial və peşəyönümlü qurumlar arasından təyin olunacaq.

Müraciətlər və namizədlik haqqında bildirişlər Baş Nazirliyə ediləcək.



Әlaqәli Xәbәrlәr