İraqdakı PKK mövqeləri darmadağın edilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Qara bölgəsində terror təşkilatı PKK mövqelərini 22 təyyarə ilə vurub

474097
İraqdakı PKK mövqeləri darmadağın edilib

Baş Qərargahdan verilən məlumata görə, bölgədə terrorçulara aid sursat anbarı və sığınacaqlara F-16 və F-4 2020 təyyarələri ilə hava hərəkatı təşkil olunub, təsbit edilən hədəflər tam dəqiqliklə vurularaq məhv edilib.

Baş Qərargah, eyni zamanda, Şırnak və qəsəbəsi Silopi ilə Mardinin Nusaybin, Hakkarinin Yüksekova rayonlarında da davam edən əməliyyatlarda PKK mənsubu 16 terrorçunu zərərsizləşdirdiklərini bildirib.



Әlaqәli Xәbәrlәr