Baş nazir Əhmǝd Davudoğlu AŞPA-nın plenar sessiyasında çıxış edib

Qərb ölkələr, Suriyalı qaçqın böhranına dair lazımlı mǝsuliyyǝti üzǝrlǝrinǝ götürmǝdilǝr. Lakin biz etdiklǝrimizi sǝslǝndirǝrkǝn birilǝrinin tǝqdirini gözlǝmirik.

474110
Baş nazir Əhmǝd Davudoğlu AŞPA-nın plenar sessiyasında çıxış edib

Beynəlxalq ictimaiyǝtin diqqətini cǝlb etmǝk istǝyirik. Bunu Baş nazir Əhməd Davudoğlu, Avropa Şurası Parlament Assambleyasının plenar sessiyasında etdiyi çıxışında deyib. Türkiyənin qapılarının və ürəyinin mǝsum insanlara və məzlumlara açıq olduğunu vurğulayıb.

Həyatın bütün sahǝlǝrini tǝsiri altına alan qloballaşmanın hökm sürmǝyǝ başladığı dünyada, ədalət və mərhəmət dǝ qloballaşmalıdır deyǝn Baş nazir; “Əks tǝqdirdǝ dünyanın heç bir bölgəsində, nə ədalətdən nə azadlıqdan, nə də təhlükəsizlikdən danışa bilǝrik" deyǝ vurğulayıb.

Terroru bir din və ya etnik qrupla əlaqələndirmək terroristlərin məqsədlərinə xidmət edǝr, deyǝn Baş nazir Davudoğlu, xüsusilə terrorun İslam ilə yanaşı zikr edilməsini şiddətlə qınadığını qeyd edib.

Ankara və İstanbulda törǝdilǝn xain hücumlara da toxunan Baş nazir Davudoğlu; “Bu xain hücumları törǝdǝnlǝri, PKK ya da PYD qruplaşmalarını legitimlǝşdirmǝ səyləri, DEAŞ üçün dǝ eyni mövqeni qazandırmaq mǝnasını verir. PKK və ya YPG, PYD üçün Avropanın mǝrkǝzindǝ maliyeti dǝstǝk toplamaq üçün kampaniyalar vǝ təbliğat yığıncaqları təşkil edilir. Bu qruplaşmalar silahla tǝmin olunur. Bu ǝmǝllǝr, terrora qarşı mübarizə mövzusundakı həmrəylik mesajlarının mənasını yox edir. DEAŞ-ın Avropadakı fəaliyyətindǝn hǝr nǝ qǝdǝr narahat olursaq PKK-nın Avropadakı fəaliyyətlərindǝn hǝm biz hǝm dǝ sizlǝr hǝmin nisbǝtdǝ narahat olmalısınız" deyib.



Әlaqәli Xәbәrlәr