Xarici İşlǝr Nazirliyi xǝbǝri tǝkzib edib
Türkiyǝ Türk Silahlı Qüvvǝlǝrinin Türkiyǝnin cǝnub sǝrhǝdindǝ terror tǝşkilatı DEAŞ-dan qaçan suriyalı dinc sakinlǝrǝ atǝş etdiyinǝ dair xǝbǝrlǝri tǝkzib edib.
Türkiyǝ Türk Silahlı Qüvvǝlǝrinin Türkiyǝnin cǝnub sǝrhǝdindǝ terror tǝşkilatı DEAŞ-dan qaçan suriyalı dinc sakinlǝrǝ atǝş etdiyinǝ dair xǝbǝrlǝri tǝkzib edib.
Xarici İşlǝr Nazirliyi tǝrǝfindǝn verilǝn açıqlamada bǝzi beynǝlxalq yayım orqanlarında yer tutan bu cür iddiaların hǝqiqǝtlǝ ǝlaqǝsinin olmadığı bildirilib.
Xarici İşlǝr Nazirliyi sözçüsü Tanju Bilgiç mövzuyla ǝlaqǝli açıqlama verǝrǝk qeyd edib ki, Türkiyǝ Suriyadakı toqquşmalardan qaçan 3 milyona yaxın suriyalıya ev sahibliyi edir. Keçǝn hǝftǝ Suriyanın şimalında DEAŞ-ın hücumları nǝticǝsindǝ minlǝrlǝ suriyalı yenǝ ev-eşiyindǝn oldu. Ölkǝmiz yardım quruluşları bu son proses çǝrçivǝsindǝ dǝ suriyalılara yardım üçün lazım olan tǝdbirlǝri sǝrhǝdin iki tǝrǝfindǝ dǝ görür.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq