Ərdoğan, Müqəddəs Doğum Həftəsi tǝdbirinǝ qatılıb

Ərdoğan, Dini İşləri İdarǝsinin başçılığında tǝşkil edilǝn Müqəddəs Doğum Həftəsi tǝdbirindǝ çıxış edib.

472744
Ərdoğan, Müqəddəs Doğum Həftəsi tǝdbirinǝ qatılıb

Prezident Rəcəb Tayyib Ərdoğan tǝdbirdǝ etdiyi çıxışında məzhəbçilik, irqçilik və terrora toxunaraq bunların birlik- bǝrabǝrliyi tǝhdid etdiyini deyib. “Bizim tək dinimiz var o da İslamdır . İslamın birlǝşdirici misyası ǝtrafında toplanmalıyıq. Gǝlin hǝmrǝy olaq" deyǝ vurğulayıb.

Terror təşkilatlarının İslama böyük zərər verdiklərini ifadə edən prezident Ərdoğan, DEAŞ, Boko Haram, Əl-Qaidə adıyla ortaya çıxan terror qruplaşmaların İslama dair dǝyǝrlǝri heçǝ saydıqlarını onların İslama verdiyi zərəri, İslam düşmənlərinin belǝ vermǝdiyini qeyd edib.

Ərdoğan, birlik vǝ ǝmin-amanlığın bǝrpası üçün terror təşkilatlarına istiqamətli əməliyyatların davam edǝcǝyini dǝ sözlǝrinǝ ǝlavǝ edib.

Tədbirdə çıxış Dini İşləri İdarǝsinin rǝhbǝri Mǝhmet Görmǝz dǝ “İnsanlığı yenidən diriltmək, yaşatmaq və ucaltmaq üçün Həzrəti Məhəmmədin kainata bǝxş etdiyi rəhmətə ehtiyacımız var" deyib.



Әlaqәli Xәbәrlәr